Bakı Beynəlxalq Dəniz Ticarət LimanıQapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında sərəncamlarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Tarixiİpək yolu”nun bərpası üzrə Beynəlxalq Bakı Konfransının qərarlarının yerinə yetirilməsi ilə əlaqədar tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 4 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 612; 2003, № 10, maddə 546; 2004, № 12, maddə 1005; 2009, № 10, maddə 776; 2014, № 4, maddə 364) 5-ci 6-cı hissələrindəBakı Beynəlxalq Dəniz Ticarət LimanısözləriBakı Beynəlxalq Dəniz Ticarət LimanıQapalı Səhmdar Cəmiyyətisözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 may tarixli 515 nömrəli 22 may tarixli 537 nömrəli fərmanları) ilə təsdiq edilmişGiriş-çıxış qeydiyyatidarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.15-ci bəndindəBakı Beynəlxalq Dəniz Ticarət LimanısözləriBakı Beynəlxalq Dəniz Ticarət LimanıQapalı Səhmdar Cəmiyyətisözləri ilə əvəz edilsin.

3. “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2443 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, maddə 980; 2010, № 7, maddə 610; 2014, № 4, maddə 391) 2.3-cü bəndindəBakı Beynəlxalq Dəniz Ticarət LimanısözləriBakı Beynəlxalq Dəniz Ticarət LimanıQapalı Səhmdar Cəmiyyətisözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1081; 2014, № 4, maddə 391) ilə təsdiq edilmişAzərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası”nın 4.1.12-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“4.1.12. “Bakı Beynəlxalq Dəniz Ticarət LimanıQapalı Səhmdar Cəmiyyəti.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 2.