Azərbaycan Dəmir YollarıQapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin nəqliyyat sektorunun idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində nəqliyyatın əsas sahələrindən biri olan dəmir yolunda müasir tələblərə cavab verən infrastrukturun yaradılmasını, yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri göstərilməsini Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəmir yolu marşrutları ilə yükdaşımaların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Dəmir YollarıQapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 563) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədənAzərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyindəsözləri çıxarılsın;

1.2. 2-ci 3-cü hissələr aşağıdakı redaksiyada verilsin:

“2. “Azərbaycan Dəmir YollarıQapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.1.1. Cəmiyyətin Nizamnaməsinin strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2.1.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;

2.1.3. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət zərər hesablarının təsdiqi, mənfəətinin zərərinin bölüşdürülməsi;

2.1.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faiz daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

2.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

2.2.1. bu sərəncamda qeyd olunanlar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

3. Müəyyən edilsin ki:

3.1. Cəmiyyətin sədrinin sədr müavinlərinin vəzifəyə təyin vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

3.2. Cəmiyyətin idarə, nümayəndəlik filiallarının, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin vəzifədən azad edilməsi Cəmiyyət tərəfindən həyata keçirilir;

3.3. Cəmiyyətin idarə, nümayəndəlik filiallarının yaradılması ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir;

3.4. dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır;

3.5. Cəmiyyətin onun təşkilatlarının fəaliyyətinə, habelə onlar tərəfindən həyata keçirilən dəmir yolu infrastrukturunun inşası, cari əsaslı təmiri, yenidən qurulması bərpası məqsədi ilə həyata keçirilən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir yenidən alınması tələb olunmur;

3.6. dəmir yolunun iştirakı ilə bərə, liman vasitəsilə tranzit daşımaları üzrə vahid tariflər tətbiq edilən güzəştli əmsallarAzərbaycan Xəzər Dəniz GəmiçiliyiQapalı Səhmdar Cəmiyyəti, “Bakı Beynəlxalq Dəniz Ticarət LimanıQapalı Səhmdar Cəmiyyəti neft məhsullarının yükaşırma terminallarının təklifləri nəzərə alınmaqla Cəmiyyət tərəfindən müəyyən edilir;

3.7. istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatlar beynəlxalq təcrübəyə qanunvericiliyin tələblərinə uyğun Cəmiyyət tərəfindən həyata keçirilir;

3.8. Cəmiyyətin, törəmə cəmiyyətlərinin, habelə idarə, filial nümayəndəliklərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçirilir;

3.9. əmlakının icarəyə verilməsindən balansdan silinən əsas vəsaitin satışından əldə olunan gəlirlər Cəmiyyətin büdcəsinə daxil edilməklə dəmir yolu infrastrukturunun inkişafına sərf olunur.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Dəmir yolu nəqliyyatı haqqındaAzərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. dəmir yolunun ölkədaxili daşımalarla yanaşı, regional beynəlxalq daşımalarda artan rolunu nəzərə alaraq, onun fəaliyyətinin səmərəli müasir tələblərə cavab verən səviyyədə qurulması bunun üçün lazımi həcmdə sərmayənin cəlb edilməsini təmin etmək məqsədi iləAzərbaycan dəmir yolunun 2016-2020-ci illərdə inkişafı Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikasının ərazisindən tranzit olaraq daşınan neft neft məhsullarının həcminin artırılması məqsədi ilə mövcud yükaşırma terminallarından səmərəli istifadə olunması onların dəmir yolu ilə koordinasiyalı rejiminin təşkili ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. tranzit daşımaları, xüsusilə nəqliyyat növünün dəyişməsi ilə müşayiət olunan tranzit yük daşımaları üzrə sərhəd, gömrük vergi prosedurlarının sadələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.5. “Azərbaycan Dəmir YollarıQapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması, onun maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması kreditor borclarının restrukturizasiyası ilə bağlı zəruri tədbirlər görsün nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. “Azərbaycan Dəmir YollarıQapalı Səhmdar Cəmiyyətinin əsas fəaliyyət istiqamətinə aid olmayan, eyni zamanda, saxlanılması üçün xeyli vəsait tələb edən (qeyri-profilli) aktivlərin realizə edilməsindən əldə olunan vəsaitin dəmir yolu infrastrukturunda bərpa yenidənqurma işlərinin maliyyələşdirilməsinə yönəldilməsini təmin etmək məqsədi ilə tədbirlər görsün;

2.7. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.9. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.10. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 2.