Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası”nı  Dəniz limanları haqqındaAzərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1081; 2014, № 4, maddə 391) ilə təsdiq edilmişAzərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1.7-ci yarımbənddəlimanların su sahələrininsözləridəniz limanlarının (bundan sonra - liman) akvatoriyasınınsözləri ilə əvəz edilsin.

2. 3.1.8-ci yarımbənddən “(liman məntəqələrinin)” sözləri çıxarılsın.

3. 4.2.7-ci yarımbənddəlimanların infrastrukturununsözlərilimanların infrastruktur obyektlərininsözləri ilə əvəz edilsin.

4. Həmin Strategiyaya Əlavə 2 - “Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas dəstək tipli cavabdehlik cədvəli”nin 7-ci sütunundaLimanların infrastrukturununsözləriLimanların infrastruktur obyektlərininsözləri ilə əvəz edilsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 3.