Azərbaycan ilə İsrail arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

 

Təhsil naziri Mikayıl Cabbarovun İsrail Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Dan Stav ilə görüşü olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir M.Cabbarov səfir Dan Stavı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, İsrail ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində ona uğurlar arzulayıb.

Sonra iki ölkə arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 5.