Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

 

Sentyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Milli Demokrat Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsi müzakirə edilib sözügedən partiya tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Sonra Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətə baxılıb Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq qərar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə baxılıb.

 

AZƏRTAC

 

Azərbbaycan.- 2015.- 19 sentyabr.- S. 6.