2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli nümayəndəsinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 20/145

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokratik Maarifçilik Partiyası səlahiyyətli nümayəndə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin etmiş həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci,  28.4-cü 52-ci maddələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli nümayəndəsi maliyyə məsələri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

 

1.1. Səlahiyyətli nümayəndə:

       İbadov Azər Vəkil oğlu

 

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

      Məmmədov Babək Nizami oğlu

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

18.09.2015

 

Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 6.