2015-ci
il noyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə Azərbaycan
Demokrat Partiyasının
səlahiyyətli nümayəndələrinin
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələrinin
qeydiyyatının ləğv
edilməsi haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 20/146
Azərbaycan Demokrat Partiyası 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirakını dayandırması ilə bağlı qərarını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 sentyabr və 12 sentyabr 2015-ci il tarixli 17/130 və 18/136 qərarları ilə həmin partiyanın qeydə alınmış səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə nümayəndələrinin qeydiyyatı ləğv edilməli və onlara verilmiş müvafiq lövhəciklər etibarsız hesab olunmalıdır.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydiyyatı ləğv edilsin və onlara verilmiş müvafiq lövhəciklər etibarsız hesab edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
18.09.2015
Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 6.