Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib

 

Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev açaraq ümummilli liderimiz Heydər Əliyevin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il ölkəmizdə ənənəvi Milli Musiqi Gününün keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, 2009-cu ildən etibarən ölkəmizdə hər il sentyabrın 18-dən başlanan dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan Beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub.

Nazir müavini deyib ki, bu gün bəstəkar, alim, yazıçı, publisist, ictimai siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan Üzeyir Hacıbəylinin anadan olmasının 130 ili tamam olur. Bu münasibətlə bütün musiqi müəssisələrində dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd olunacaq.

Bildirilib ki, Heydər Əliyev Fondunun Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda sentyabrın 18-də başlanan Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-dək davam edəcək.

Festivalın dahi musiqiçinin irsinin yaşadılmasına xidmət etdiyini bildirən natiq artıq ənənə halını alan bu il Üzeyir bəyin 130 illik yubileyinə təsadüf edən beynəlxalq musiqi bayramının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Diqqətə çatdırılıb ki, festivalla bağlı Mədəniyyət Turizm Nazirliyində müvafiq əmr imzalanıb sənəddə tədbirlər planı, eləcə digər məsələlər əksini tapıb.

Qeyd olundu ki, ümumilikdə 30-dan artıq tədbirin reallaşacağı festivalda bir sıra ölkələrdən musiqiçi solistlər iştirak edəcək. On gün ərzində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında digər konsert salonlarında dahi Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri həm yerli, həm xarici ölkələrinin musiqiçilərinin ifasında təqdim olunacaq.

Ə.Vəliyev Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun başqa dahi bəstəkarlarımızın musiqi ənənələrinin bu gün uğurla davam etdirildiyini sevindirici hal kimi qiymətləndirib.

Tədbirdə xalq artistləri - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxış edərək bayram münasibətilə musiqisevərləri təbrik edib, festivalın əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada həm musiqi diyarı kimi tanınmasındakı rolundan danışıblar.

Çıxış edənlər, həmçinin dahi bəstəkarın zəngin həyat yaradıcılığından söhbət açıb, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulayıb musiqiçilərə bu ənənələrə sadiq qalmağı tövsiyə ediblər.

Üzeyir Musiqi Günündə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin Azərbaycan Dövlət xor kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

 

Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 7.