Ənənə yaşayır, zənginləşir

 

Bu yerlərdə kitaba, kitabxanaya maraq həmişə böyük olub. Ötən əsrin əllinci, yetmişinci illərində keçmiş Səfərəliyev kənd kitabxanasının adı hər yanda hörmətlə çəkilərdi.Hər bir ailəyə kitabla xidmət edəktəşəbbüsünün müəllifi Bayram Əlizadə 1957-ci ildə əməkdar kitabxanaçı adına layiq görülmüş, bir neçə ildən sonra “SSRİ-nin əlaçı kitabxanaçısıdöş nişanı ilə təltif olunmuşdu. O zaman mətbuat orqanlarında Bayram Əlizadənin təcrübəsi barədə gen-bol materiallar dərc edilmişdir. Bu adlı-sanlı kitab bilicisi ilə görüşəndə bir daha anladım ki, kitabı necə sevər, necə təbliğ edərlər.

İndi Samux rayonunda kitab təbliğinin mədəni xidmətin vəziyyəti ilə maraqlananda bu nəcib işin əsl vurğunu olmuş Bayram Əlizadənin həyat yolunu bir daha xatırladım. İlk öncə onun çalışdığı xoş ənənəli kitabxanaya getdim. 90 yaşlı kitabxanaya onun fədakar işçisinə ehtiram əlaməti olaraq son vaxtlarda bu tarixi bilik mənbəyi çox gözəl bir binaya köçürülüb. İşıqlı, yaraşıqlı otaqları, oxu zalları müasir avadanlıqla təchiz olunub. Yaraşıqlı rəfləri Prezident İlham Əliyevin sərəncamı ilə nəşr olunmuş hədiyyə kimi elm, təhsil mədəniyyət ocaqlarına bağışlanmış müxtəlif mövzulu kitablar bəzəyir. Al-əlvan oyuncaqları ilə körpə balaların zövqünü oxşayanNağıl aləmiotağında şeirin, sənətin nübarları səslənir, ilk vərdişlər qazanılır.

Respublikanın ilk əməkdar kitabxanaçısı Bayram Əlizadənin uzun illər çalışdığı bu mədəniyyət ocağı Samux rayonunun əsl kitab təbliği mərkəzinə çevrilib. Hazırda rayonda üç uşaq musiqi məktəbi, Heydər Əliyev sarayı, mədəniyyət mərkəzi, 17 klub mədəniyyət evi, mərkəzi kitabxana sistemi, 24 kənd kitabxanası fəaliyyət göstərir.

Rayon mədəniyyət turizm şöbəsinin müdiri Kamil Vəliyev deyir ki, hər yerdə işlərAzərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın tələblərinə uyğun həyata keçirilir. Təbliğat-təşviqat tədbirlərinin dövrün tələblərinə uyğunlaşdırılması, mədəni irsin adət-ənənələrin qorunması, mütaliəyə meyil marağın yüksəldilməsi, gənclərdə yaradıcılıq təfəkkürünün dəstəklənməsi üçün müntəzəm surətdə tədbirlər görülür. Bu məqsədlə yerlərdə sərgilər, fotoguşələr düzəldilir, poeziya saatları, oxucu konfransları, sual-cavab tematik gecələr keçirilir. İşdə xüsusi fərqlənənlərin həvəsləndirilməsi üçün tədbirlər görülür. Son vaxtlarda mədəniyyət turizm şöbəsinin təşəbbüsü ilə ilin qabaqcıl kitabxanasına Bayram Əlizadə, ən nümunəvi oxucuya isə o dövrdə B.Əlizadənin fəal oxucusu, yaxın köməkçisi olmuş akademik Həmid Araslı adına mükafatlar fəxri fərmanlar verilir.

Vaxtaşırı keçirilən ictimai baxışlarda, seminarlarda yerlərdəki mövcud vəziyyət ətraflı təhlil olunur. Müsbət cəhətlər göstərilməklə yanaşı, nöqsanlar tənqid edilir onların aradan qaldırılması yolları göstərilir. Öz fəaliyyətində xüsusilə fərqlənən obyektlərin təcrübəsinin yayılması üçün tədbirlər görülür.

Son illərin göstəricilərinə görə, Əhmədbəyli kənd kitabxanası hamıdan öndə gedir. Burada beş yüz nəfərdən çox oxucuya xidmət göstərilir. Kitabxanada səkkiz minə yaxın kitab təbliğ olunur. Kəndin fəalları ilə, oxucularla sıx əlaqə yaradılıb. Adamların kitabxanaya cəlb edilməsi, oxucularda mütaliəyə meyil marağın artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir. Kitabxananın müdiri Gülər Kərimova deyir ki, gənc oğlan qızlarda mütaliəyə həvəsin artırılması müəllimlərin valideynlərin bu işə münasibətindən çox asılıdır. Ona görə biz vaxtaşırı valideynlər müəllimlərin iştirakı ilə görüşlər, ədəbi-bədii gecələr keçiririk. Son vaxtlarda Vətən, ana, doğma yurdum şəhidlik zirvəsi mövzularında olan sual-cavab gecələri daha maraqlı keçmişdir.

Mədəniyyət sistemində işin bir hissəsi klub kitabxanaların fəaliyyəti ilə bağlıdır. Zazalı, Alabaşlı, Əlibəyli, Sarıqamış, Qaraarx kəndlərindəki klub kitabxanaların binaları qəza vəziyyətində idi. Onların fəaliyyəti günün tələblərinə cavab vermirdi. Ona görə rayon mədəniyyət turizm şöbəsinin təşəbbüsü ilə cəsarətli bir addım atıldı. Yararsız vəziyyətdə olan kitabxanalar qonşu kəndlərdəki kitabxanalarla birləşdirildi. Klubların əsasında isə mədəniyyət mərkəzi yaradıldı. Təcrübə göstərir ki, bu cür cəsarətli addımlar gözəl nəticə verir. Yeni yaradılmış mədəniyyət mərkəzi bir sıra maraqlı məzmunlu tədbirlərlə diqqəti cəlb edir. Xüsusən ayrı-ayrı qəsəbə kəndlərdə, eləcə Qazax Gədəbəy rayonlarında keçirilən tədbirlər gözəl nəticə vermişdir.

Kamil Vəliyev deyir ki, indi əsas diqqəti rayonda turizmin təşkilinə yönəltmişik. Təəssüf ki, Samux kimi qədim tarixə, zəngin flora faunaya malik bir rayonda turizm xətti, heç bir səyahət marşrutu yoxdur. Halbuki bu yerlərdə təkcə möcüzəli Eldar şamı addımbaşı çağlayan mineral bulaqları, Kürün sağ sol sahil meşələri s. qonaqların marağına səbəb ola bilərdi. Bu məsələni araşdırarkən qəribə bir faktla rastlaşdıq. Vaxtilə abidələrin qeydə alınmasına göstərilmiş başdansovdu münasibət təəccüb təəssüf doğurur. Nazirlər Kabinetinin dövlət tərəfindən mühafizə olunan abidələrin 2 avqust 2001-ci il tarixli siyahısında göstərilir ki, təkcə Çobanabdallı kəndində 20 ədəd ölkə yerli əhəmiyyətli qədim arx mövcuddur. Maraqlı idi, baxmaq istədik. Kənddə heç kəsbu adlı-sanlı arxlar”dan heç birinin yerini göstərə bilmədi.

O zaman bir sıra dəyərli abidələr, mənzərəli, baxımlı, nadir yerlər isə nədənsə nəzər-diqqətdən kənarda qalıb. AdıQırmızı kitab”a daxil edilmiş Eldar şamı, dağların başında Koroğlu qalası, qədim yaşayış mağarası, VI-VII əsrlərin yadigarı Çobanabdallı ocağı, Avil körpüsü, Kolayır kəndindəki 1500 yaşlı Düldül çinarı, Hacallı Füzuli kənd qəbiristanlıqları, Siracəddin ağa Seyid Tağı ziyarətgahları... Bundan əlavə, rayonda İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə doqquz kənddə xatirə-memorial kompleksləri, habelə 20 Yanvar faciəsi Qarabağ şəhidləri üçün abidələr ucaldılıb. Bütün bunlar, heç şübhəsiz, turistlərin marağına səbəb olar. Lakin bu yerlərə turist gəlmir. Rayonda turizm xəttinin olmamasına təsir edən bir cəhət budur ki, qonaqların dincəlmələri üçün heç bir mehmanxana, istirahət yerləri yoxdur. İndi bu məsələnin canlandırılması, daha doğrusu, həll edilməsi üçün yollar axtarılır.

Samux rayonunda kitab təbliği mədəni tədbirlərin təşkili sahəsində vaxtilə yaranmış ənənələrin davam etdirilməsi daha da zənginləşdirilməsi üçün cidd-cəhd göstərilir. Bu günlərdə mədəniyyət işçilərinin toplantısında bir daha bu həqiqətin şahidi olduq. Hər sahədə əhaliyə xidmətin günün tələbləri səviyyəsinə qaldırılması üçün tədbirlər görülməsinə səy göstərilir. Lakin müşahidələr zamanı bir cəhəti hiss elədik ki, bu mühüm işə mane olan məsələlər yox deyildir. Yerlərdə xidmətin müasir tələblər səviyyəsinə qaldırılması üçün Mədəniyyət Turizm Nazirliyinin köməyi ilə klub kitabxanaların ixtisaslı kadrlarla təmin edilməsi məqsədilə əsaslı tədbirlərin görülməsi vacibdir.

Samuxun mədəniyyət sistemi uğurlu yoldadır. Ona kömək etmək, qayğı göstərmək lazımdır. Burada hələ əlli-altmış il bundan əvvəl Bayram Əlizadə kimi insanlar çalışıblar. Onların ənənəsini davam etdirmək, yaşatmaq, zənginləşdirmək lazımdır.

 

Əhməd İSAYEV,

 

Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 8.