Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmişMilli Televiziya Radio Şurası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,  Televiziya radio yayımı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1213-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 591; 2005, № 3, maddə 173, № 4, maddə 295; 2008, № 10, maddə 888; 2009, № 2, maddə 78; 2010, № 3, maddə 189; 2011, № 2, maddə 79; 2015, № 2, maddə 118) ilə təsdiq edilmişMilli Televiziya Radio Şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 8.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.11. “Televiziya radio yayımı haqqındaAzərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi üçün məhkəmə qarşısında iddia qaldırır;”;

2. aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilsin:

“8.11-1. teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda şərtlərini yaTeleviziya radio yayımı haqqındaAzərbaycan Respublikası Qanununun tələblərini pozduqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsini ya hər hansı proqramın yayımını bir ayadək müddətə müvəqqəti dayandırır, həmin qanunla müəyyən edilmiş hallarda isə xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verir;”.        

                                      

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 3.