“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının
Qanununa əlavələr
və dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 24
iyun tarixli 104 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1213-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009 cu il 24 iyun tarixli 104 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 416) 2-ci hissəsindən “, 23.2.6-cı maddəsində” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 sentyabr 2015-ci il
Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 3