Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi haqqında Əsasnamə”niMədəniyyət haqqındaAzərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər Mədəniyyət haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 325, ¹ 9, maddə 737; 2007, ¹ 2, maddə 85, ¹ 4, maddə 330; 2008, ¹ 8, maddə 715, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddələr 85, 91; 2012, ¹ 7, maddə 684; 2014, ¹ 9, maddə 1056) ilə təsdiq edilmişAzərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 8.6-1-ci, 8.8-1-ci, 8.11-1-ci, 8.13-1-ci, 8.17-1-ci, 8.17-2-ci, 8.19-1-ci - 8.19-7-ci, 8.23-1-ci, 8.31-1-ci, 8.32-1-ci, 8.34-1-ci, 8.35-2-ci, 8.36-1-ci, 8.36-2-ci, 8.36-3-cü 9.3-1-ci bəndlər əlavə edilsin:

“8.6-1. mədəniyyət sahəsində dövlət reyestrini aparmaq;”;

“8.8-1. “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, insanların Azərbaycan dünya mədəniyyət nümunələrinə mədəni sərvətlərə sərbəst yiyələnmələri üçün sosial əhəmiyyətli tədbirləri təşkil etmək;”;

“8.11-1. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə, “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mədəniyyət sənayesinin inkişafına yönəlmiş investisiya layihələri həyata keçirmək ya investisiya mühitinin yaxşılaşdırılması məqsədi ilə həmin investisiyaların qoyuluşuna əlverişli mühit yaratmaq;”;

“8.13-1. “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, milli mədəniyyətin bərpasına, qorunmasına, inkişafına təşviqinə yönəlmiş tədbirlər görmək;”;

“8.17-1. “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, istedadlı şəxslərin peşəkar inkişafına dəstək göstərilməsini təmin etmək;

8.17-2. “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mədəniyyət fəaliyyətində beynəlxalq təşkilatların, bələdiyyələrin, fiziki hüquqi şəxslərin, o cümlədən qeyri-kommersiya qurumlarının iştirakını dəstəkləmək;”;

“8.19-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada mədəni sərvətlərin (daşınmaz mədəni sərvətlər istisna olmaqla) Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsini həyata keçirmək;

8.19-2. xüsusi əhəmiyyətli mədəniyyət obyektlərinin (daşınmaz mədəni sərvətlər istisna olmaqla) milli mədəni irs obyektlərinə aid edilməsini həyata keçirmək;

8.19-3. mühafizə olunan mədəni sərvətlərin (daşınmaz mədəni sərvətlər istisna olmaqla) siyahısını aparmaq;

8.19-4. “Mədəniyyət haqqındaAzərbaycan Respublikasının Qanununa əsasən müvafiq sahədə elektron məlumat sistemini yaratmaq;

8.19-5. ekspertiza yolu ilə mədəniyyət nümunələrini Azərbaycan Respublikasında milli mədəni sərvətlərə aid etmək;

8.19-6. qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrini aparmaq;

8.19-7. Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsini, qorunmasını, təbliğini onların milli mədəni irsə aid edilməsini həyata keçirmək;”;

“8.23-1. mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin kollektivlərin bioqrafiyası, peşə yaradıcılıq fəaliyyəti barədə məlumat bazası yaratmaq;”;

“8.31-1. “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, milli mədəniyyətin dünya mədəniyyətinə inteqrasiyasını, mədəniyyətlərarası dialoqun inkişafını vahid mədəniyyət məkanının qurulmasını təmin etmək məqsədi ilə milli mədəniyyət sahəsində müvafiq layihələr həyata keçirmək;”;

“8.32-1. “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mədəniyyət müəssisələrindən mədəniyyət məkanlarından əhalinin istifadə imkanlarının sadələşdirilməsinə yönəlmiş layihələri həyata keçirmək;”;

“8.34-1. mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilən hər bir mədəni sərvətə şəhadətnamə vermək;”;

“8.35-2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, müvafiq sahədə ümumi estetik tərbiyənin, təhsilin, o cümlədən əlavə təhsilin gücləndirilməsi məqsədi ilə, həmçinin iqtisadi, sosial, hüquqi, elmi-texniki, müasir texnologiya digər tədbirlər vasitəsilə uşaq gənclərin mədəniyyət fəaliyyətini mədəni sərvətlərdən bəhrələnməsini stimullaşdıran layihələri həyata keçirmək;”;

“8.36-1. “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin təqdim edilməsini təşviqini təmin edən tədbirlər görmək;

8.36-2. “İçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə xarici dövlətlərin mədəniyyət tədbirlərinin keçirilməsinə dəstək göstərilməsini, xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsini təmin etmək;

8.36-3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin inkişafını təmin etmək fəaliyyətini əlaqələndirmək;”;

“9.3-1. “Mədəniyyət haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq, milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına ya arxivlərinə məxsus mədəni sərvətlərin hüquqi fiziki şəxslər tərəfindən kommersiya qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsinə razılıq vermək;”.

2. 8.6-cı bəndədövlət nəzarətinisözlərindən sonra dövlət monitorinqinisözləri əlavə edilsin.

3. 8.7-ci bənddəmədəniyyət, tarix mədəniyyət abidələrinin qorunmasısözləriİçərişəhərDövlət Tarix-Memarlıq QalaDövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mədəniyyət sahəsində sahibkarlığın inkişafına dair tədbirlər görməksözləri ilə əvəz edilsin.

4. 8.21-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.21. mədəni sərvətlərin ixracının mümkünlüyünü mədəni sərvətin mühafizə şəhadətnaməsi ilə müəyyən etmək;”.

5. Aşağıdakı məzmunda 14.1-1-ci bənd əlavə edilsin:

“14.1-1. nazir müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin strukturuna daxil olan qurumların rəhbərlərinin digər vəzifəli şəxslərinin kadr, maliyyə, təsərrüfat digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir qarşılıqlı fəaliyyətini təmin edir;”.

6. 14.4-cü bəndənormativ hüquqi aktlarısözlərindən sonra tədbirlər planlarınısözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 3.