İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqındaAzərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqındaAzərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli FərmanınıAzərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanına uyğunlaşdırmaq  məqsədi ilə qərara alıram:

İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqındaAzərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 236; 1999, № 8, maddə 493; 2001, № 10, maddə 640; 2002, № 12, maddə 726; 2006,  № 7, maddə 590; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1417) 1-ci hissəsinin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Tarix mədəniyyət abidələrinin qorunması haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölkə yerli əhəmiyyətli daşınmaz tarix mədəniyyət abidələrinin ya onların ayrı-ayrı hissələrinin (arxeoloji abidələr istisna olmaqla) icarəyə verilməsi Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin  razılığı ilə həyata keçirilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 2.