Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”niMədəniyyət haqqındaAzərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər Mədəniyyət haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 22; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 2, maddə 59, № 7, maddə 532, № 12, maddə 983; 2010, № 11, maddə 964; 2011, № 2, maddə 85, № 6, maddə 493) ilə təsdiq edilmişAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-1-ci, 8.8-2-ci 8.8-3-cü bəndlər əlavə edilsin:

“8.8-1. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin təqdim edilməsini təşviqini təmin edən tədbirlər görür;

8.8-2. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə xarici dövlətlərin mədəniyyət tədbirlərinin keçirilməsinə dəstəyin göstərilməsini xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsini təmin edir;

8.8-3. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi ilə birlikdə xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin inkişafını təmin edir fəaliyyətini əlaqələndirir;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 1.