Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı  ilə təsdiq edilmişAzərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”niDini etiqad azadlığı haqqındaAzərbaycan Respublikasının Qanununda  dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 496 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108) ilə təsdiq edilmiş  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə  aşağıdakı məzmunda 8.19-1-ci bənd əlavə edilsin:

“8.19-1. Azərbaycan RespublikasınınDini etiqad azadlığı haqqındaDərman vasitələri haqqındaqanunlarına uyğun olaraq  nəzarət markalarının hazırlanmasını təmin etmək;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 1.