Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında Moskva şəhərində
Ümumrusiya Sərgi Mərkəzinin ərazisində
Azərbaycan Respublikasının
Sərgi-Ticarət Mərkəzinin
yaradılması haqqında
15 sentyabr 2014-cü il tarixli Sazişdə dəyişikliklər
edilməsi barədə
Protokolun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında 15 sentyabr 2014-cü il tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2015-ci il iyulun 31-də Bakı şəhərində və 2015-ci il iyulun 22-də Moskva şəhərində imzalanmış Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 sentyabr 2015-ci il
Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 1.