Azərbaycan-Çexiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

 

Azərbaycan müstəqillik qazandıqdan sonra Çexiya Respublikası ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bu ölkənin Avropa siyasi arenasında özünəməxsus imkanlarını nəzərə alaraq münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə xüsusi diqqət yönəldilib. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ötən 12 ildə Azərbaycan-Çexiya əlaqələri daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inam etimad güclənib.

Çexiya Respublikası Azərbaycanın dövlət müstəqilliyini 1992-ci il 8 yanvar tarixində tanıyıb ölkələrimiz arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 29-da qurulub. Azərbaycanın Çexiyada səfirliyi 2007-ci ildə, adıçəkilən ölkənin isə respublikamızda səfirliyi 2009-cu ildə təsis edilib. Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərib. Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açır. Qarşılıqlı səfərlər zamanı iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə verir.

Çex Respublikasının Prezidenti Miloş Zemanın bu günlərdə Azərbaycana rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyev ilə Çexiya Prezidenti arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bu səfərin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Əlaqələrimizin möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı. Nəqliyyat, energetika, qarşılıqlı investisiya qoyuluşu, turizm digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı da fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemanın görüşündən sonra Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimi keçirildi. Bu sıradaAzərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Çex Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu göstərmək olar. Bu sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.

Birgə mətbuat konfransında Prezident İlham Əliyev Azərbaycan-Çexiya münasibətlərini belə xarakterizə etdi: “Əlaqələrimiz uğurla inkişaf edir. Siyasi, iqtisadi, mədəniyyət sahəsində çox gözəl nəticələr vardır. Biz siyasi sahədə uğurlu əməkdaşlıq edirik. Beynəlxalq müstəvidə , beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət göstəririk, əməkdaşlıq edirik. Bu gün biz Sizinlə əlaqələrimizin müxtəlif aspektlərini geniş səmimi şəkildə müzakirə etdik. Bir daha görürük ki, ikitərəfli əməkdaşlığın dərinləşməsi üçün heç bir maneə yoxdur, əksinə, bizim aramızda tərəfdaşlıq dostluq əlaqələri yaranıbdır.

Bu gün imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamə bu sözlərimin əyani sübutudur. Bu, çox ciddi siyasi sənəddir, ikitərəfli əlaqələrimizin səviyyəsinin mahiyyətini əks etdirir doğrudan da əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıbdır. Bu bəyannamədə əlaqələrimizin müxtəlif aspektləri öz əksini tapır. Eyni zamanda, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti münaqişənin həlli yolları da göstərilir. Bu mövqeyə, bu dəstəyə görə Sizə minnətdaram. Bəyannamədə göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı, ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında öz həllini tapmalıdır. Bu, yeganə mümkün həll variantıdır. Bütün münaqişələr beynəlxalq hüququn norma prinsipləri əsasında öz həllini tapmalıdır”.

Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxarıb. Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Azərbaycan artıq Avropanın qaz bazarında mühüm iştirakçıya çevrilməkdədir. Azərbaycan tərəfindən irəli sürülmüşCənubQaz Dəhlizi layihəsi hazırda ümumi investisiya həcmi 45 milyard dollardan çox olan ən böyük infrastruktur layihələrindən biridir. Bu layihədə Azərbaycan investor, podratçı layihənin təşkilatçısı kimi geniş şəkildə iştirak edir. Çexiya Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində oynayacağı rolu müsbət qiymətləndirərək energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan edib. Azərbaycan Çexiyaya xam neft ixrac edir. Çexiyanın enerji balansında Azərbaycan nefti müəyyən bir hissəni - təxminən 30 faizi təşkil edir. Çex adamları da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin birinci mərhələsinə sərmayə qoyublar. Bakıda Azərbaycan-Çexiya Biznes Forumunun keçirilməsi perspektiv əməkdaşlıq üçün yeni imkanlar açır.

Çexiya Prezidenti Miloş Zeman bildirib: “Azərbaycan ixracımız baxımından bizim üçün mühüm ölkədir. Biz neftimizin təxminən 30 faizini Azərbaycandan idxal edirik. Bununla belə, Azərbaycan digər səbəblərə görə bizim üçün yaxın ölkədir. Əhalimizin sayı demək olar ki, eynidir. İqtisadi artım tempi kifayət qədər məqbuldur. İşsizliyin səviyyəsi isə aşağıdır. Lakin bir məsələni qeyd etmək istərdim. Prezident Əliyev təvazökarlıq baxımından onu demədi. Azərbaycan öz öhdəliklərini yerinə yetirən ölkədir. Sizi əmin edə bilərəm ki, Azərbaycanda olan əla maliyyə durumu heç bütün ölkələrdə yoxdur. Mənə bildirildi ki, Azərbaycan ərazisində apardığımız fəaliyyətin sığortalanmasına gəldikdə, heç bir işin pozulması ya sığorta halı olmamışdır. Cənab Prezident, mən bunu yüksək dəyərləndirirəm. Bütün bunlar hamıya aydın olan, lakin adı çəkilməyən ölkələrlə müqayisədə Azərbaycana olan etimadı daha da artırır”.

Çexiya Prezidentinin Azərbaycana rəsmi səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Azərbaycan Çexiya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, ölkələrimiz arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 1.