Aqrar sektorda modernləşmə prosesi uğurlu nəticələr verir

 

Ölkədə meliorasiya su təsərrüfatı sistemi genişlənir

 

Azərbaycanda həyata keçirilən aqrar siyasət ildən-ilə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artması ilə müşayiət olunur. Təbii ki, kəndlini torpağa sıx bağlayan, fermerlərə geniş imkanlar yaradan bu siyasətin ən mühüm uğuru ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Həyata keçirilən tədbirlər nəticəsində ötən illər ölkəmizdə əhalinin ərzaq təhlükəsizliyi təminatı möhkəmlənmiş, daxili istehsal hesabına əsas ərzaq məhsulları ilə təminat səviyyəsi dəfələrlə artmış, meyvə-tərəvəz bir sıra digər məhsulların tələbatdan artıq istehsal edilməsi ixrac potensialının artırılmasına təkan vermişdir.

Kənd təsərrüfatında məhsuldarlığın artırılmasına təsir edən mühüm amillərdən biri meliorativ tədbirlərin həyata keçirilməsi, suvarılan sahələrin genişləndirilməsidir. Ölkə iqtisadiyyatının inkişafında öz yeri olan meliorasiya su təsərrüfatına son illərdə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, bu sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, minlərlə kilometr suvarma kanallarının kollektor-drenaj şəbəkələrinin bərpası, yenidənqurulması tikintisi həyata keçirilmişdir. Bunun da nəticəsində suvarılan torpaqların su təminatı meliorativ vəziyyəti yaxşılaşdırılmış, yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, minlərlə subartezian quyusu qazılmışdır.

Azərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihələri olan su elektrik stansiyaları ilə birlikdə Taxtakörpü Şəmkirçay su anbarlarının, Vəlvələçay-Taxtakörpü Taxtakörpü-Ceyranbatan kanallarının, Baş Mil-Muğan kollektorunun tikintisi digər iri layihələr qısa müddət ərzində başa çatdırılmışdır. İcrasına bir neçə il əvvəl başlanmış bu işlərin yüksək səviyyədə tamamlanması müasir şəraitdə sivil dünya üçün ən aktual problemlərdən birinə çevrilmiş, hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmli olan ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan dövlətinin necə əhəmiyyətli aydın strategiyaya malik olduğunu əyani şəkildə sübut etdi. Adıçəkilən su anbarlarının, kanalların istifadəyə verilməsi on min hektarlarla yeni torpağın suvarmaya cəlb edilməsinə suvarılan torpaqlarda bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, beləliklə, kənd təsərrüfatında məhsuldarlığın artımına əlverişli şərait yaradır.

Azərbaycanda əsasən suvarma əkinçiliyi üstünlük təşkil edir. Suvarılan torpaqlar ölkənin kənd təsərrüfatına yararlı torpaq sahələrinin üçdə birini təşkil etsə , ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90 faizə qədəri bu torpaqlardan götürülür. Bütün bunları nəzərə alaraqAzərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda respublikanın 50 rayon 3 şəhərində çoxsaylı meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlər üzrə ötən müddətdə bir sıra layihələr həyata keçirilərək başa çatdırılmışdır.

Samur-Abşeron suvarma sisteminin yenidənqurulmasılayihəsi çərçivəsində Xızı Siyəzən rayonlarında yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılması Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi meliorasiya işlərinin uğurla davam etdirildiyini göstərir. Qeyd edək ki, Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildəSamur-Abşeron suvarma sisteminin yenidənqurulmasılayihəsi çərçivəsində ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü Su Anbarının, Taxtakörpü-Ceyranbatan Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi müvəffəqiyyətlə başa çatdırılmışdır. 2014-cü il fevralın 5-də regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına həsr olunan konfransda Prezident İlham Əliyev Taxtakörpü Su Anbarının istifadəyə verilməsi ilə əlaqədar layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyən edilməsi üzrə tapşırıq vermişdir. Həmin tapşırığın icrası ilə əlaqədarSamur-Abşeron suvarma sisteminin yenidənqurulmasılayihəsi zonasında yerləşən Şabran rayonunda 14 min 38 hektar, Siyəzən rayonunda 6 min 972 hektar, Xızı rayonunda isə 9 min 609 hektar olmaqla cəmi 30 min 619 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilmişdir.

Meliorasiya Su Təsərrüfatı” ASC tərəfindən Dövlət Neft Fondunun vəsaiti hesabına 2014-cü ildən 3 min 396 hektar torpaq sahələrində kompleks meliorativ tədbirlərin həyata keçirilməsinə başlanılıb işlər bu ilin avqust ayında tamamlanıb. Yeni istifadəyə veriləcək 3 min 84 hektar torpaq sahəsinin 514 hektarı dövlət, 1715 hektarı bələdiyyə 855 hektarı xüsusi mülkiyyətdədir. Bu torpaqların 170 hektarında ən son texnologiyalara əsaslanan yağış üsulu ilə suvarma sistemi quraşdırılıb. Bu sistem respublikada təbii təzyiq hesabına çiləmə aparan yeganə sistemdir.

Xızı rayonunda yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılması Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi münasibətlə keçirilən mərasimdə iştirak edən Prezident İlham Əliyev Kənd Təsərrüfatı, İqtisadiyyat Sənaye nazirlikləri Meliorasiya Su Təsərrüfatı” ASC-nin rəhbərlərinə tapşırıqlarını verərək demişdir: “Siz sıx əlaqəli şəkildə işləməlisiniz. Çünki suyun verilməsinin ardıcıllığı da gərək razılaşdırılsın ki, biz bu yeni suvarılan 30 min hektar torpağın hamısından istifadə edək. Beləliklə, bu, kənd təsərrüfatının inkişafına böyük təkan verəcək. Xüsusilə bu il kənd təsərrüfatı ilidir. Bir neçə fərman imzalanıb. İl ərzində nəticələr yaxşıdır. Artım kifayət qədər böyükdür. Bütün bu layihələrin icrası nəticəsində daha da böyük artım olacaq”.

Siyəzən rayonunda Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 2015-ci ilin əvvəlindən meliorativ tədbirlərin aparılmasına başlanılan iki sahədən ibarət olmaqla cəmi 1466 hektar ərazidə meliorativ tədbirlərin suvarma şəbəkəsinin tikintisi işləri tamamlanmışdır. Yeni suvarılacaq torpaqların 24 hektarı dövlət, 1151 hektarı bələdiyyə 249 hektarı xüsusi mülkiyyətdə olan torpaqlardır. Yeni suvarılacaq 1424 hektar torpaq sahəsinin 866 hektarında torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi həyata keçirilmişdir. Bu mərhələdə 42 hektar mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılmışdır. İlin sonunadək rayonun ərazisində əlavə olaraq 1738 hektar torpaq sahəsinin suvarılması təmin ediləcək ki, onun da 1115 hektarı yeni suvarılan torpaqlardır. Həmçinin 623 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq.

Samur-Abşeron suvarma sisteminin yenidənqurulmasılayihəsi 2-3 il ərzində tam başa çatdırılacaq meliorativ tədbirlərin həyata keçirildiyi Şabran, Siyəzən Xızı rayonlarında kənd təsərrüfatının daha da inkişafına böyük töhfələr verəcək. Çünki layihənin tam reallaşması yeni torpaqların əkin-biçinə cəlb edilməsinə yeni kənd təsərrüfatı müəssisələrinin yaradılmasına yol açacaq. Bütün bunlar onu göstərir ki, kənd təsərrüfatının suvarma suyu ilə təmin edilməsi, torpaqların su təminatının meliorativ vəziyyətinin yaxşılaşdırılması, mövcud sistemin modernləşdirilməsi istiqamətində işlər uğurla davam etdirilir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 6.