Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası
keçirilib
Sentyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Milli Demokrat Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsi müzakirə edilib və sözügedən partiya tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Sonra Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq qərar qəbul edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Azərbaycan.- 2015.- 20 sentyabr.- S.
7.