Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın əziz xatirəsi anılıb

 

Sentyabrın 19-da Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın məzarını ziyarət edib, önünə əklillər qoyaraq, əziz xatirəsini ehtiramla anıblar.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova professor Aida xanım İmanquliyevanın Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı olduğunu söyləyib onun çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını qeyd edib.

H.Hüseynova 23 il öncə dünyasını dəyişmiş görkəmli alim Aida xanım İmanquliyevanın mənalı həyat yolundan danışıb, onun həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını diqqətə çatdırıb.

Professor Aida İmanquliyevanın zəngin elmi irsinin əhəmiyyətindən, elmi kadrların hazırlanmasındakı xidmətlərindən bəhs edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, alimin Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladıb.

 

Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 10.