İstedad, iradə zəhmət

 

Bəzənjurnalistlik qadın sənəti deyildeyirlər. Niyə ki? Əksinə, xalqın cəmiyyətin həyatında qadın yazarların qələmininboyuna biçilmişbir çox mövzular var. Elə söz var ki, həssas qadın qəlbindən keçib gəldiyi üçün daha təsirli olur. Söhbət milli-mənəvi dəyərlərimizdən, balalarımızın tərbiyəsindən, Vətən sevgisindən, torpaq  təəssübkeşliyindən gedəndə ana səsi ucalmalı - qadın-jurnalist öz sözünü deməlidir. Kişi sözü kəsərlidirsə, qadının, ananın sözü düşündürən, sirayətedəndir.

Amma qədər paradoksal olsa da, bəzənjurnalistlik qadın sənəti deyildeyənlərə haqq qazandırmaq istəyirsən. Çünki yaxşı jurnalist olmaq, ümumiyyətlə, çətindir. Üstəgəl, hər bir qadının üzərinə həyatda övlad böyütmək, evin istisini qorumaq kimi (şərəfli xoş olsa da) ağır vəzifə düşür. Qısası, bir əldə qələm tutmaq, bir əllə isə beşik yırğalamaq heç kəsə asan gəlməsin.

Sözümüzün canı odur ki, bizim İradə xanım bütün bunlardan keçib - üzərinə düşən hər iki mühüm vəzifəni layiqincə yerinə yetirib həyat, sənət yollarında beləcə irəliləməkdədir.

Sentyabrın 21-i həmkarımız, “Azərbaycanqəzetinin Humanitar siyasət şöbəsinin redaktoru, əməkdar jurnalist İradə Əliyevanın doğum günü - yubley tarixidir. Onunla uzun illərin yaxın tanışı, yoldaşı, qələm dostuyuq. Əsil-nəcabətli xanımdır. İkinci Dünya müharibəsində biri ön, digəri arxa cəbhədə şücaət göstərmiş iki mətin insanın - Əbdül Zeynalovun   Cəmilə xanımın ailəsində anadan olub. Atası bir sıra məsul vəzifələrdə çalışıb. Açığını deyim ki, sovet dövrünün ölçüləri ilə götürdükdə İradə xanım imkanlı ailədə böyüyüb. Amma buna baxmayaraq, həmişə zəhmətsevər olub. Bizdən iki kurs yuxarı təhsil alsa da, bunu hələ ADU-nun (indi BDU) Jurnalistika fakültəsində oxuduğumuz vaxtdan görmüşəm.

1977-ci ildə universiteti bitiribTəşviqatçıjurnalında əmək fəaliyyətinə başladı. Amma tezliklə ürəyinin hökmü ilə jurnalistikanın dahaqaynarsahəsinə atıldı. Uzun illərAzərbaycan müəllimiqəzetində çalışdı. Bu qəzetdə peşəkar jurnalist kimi püxtələşdi, gələcək yaradıcılığının əsas mövzuları müəyyənləşdi. Azərbaycanın görkəmli alimləri, pedaqoqları, ziyalıları ilə həmsöhbət oldu.

O illəri yaxşı xatırlayıram. Ayrı-ayrı qəzetlərdə çalışsaq da, müxtəlif ictimai, mədəni-kütləvi tədbirlərdə görüşərdik. Bu tədbirləri işıqlandırarkən İradənin ciddiliyini, dəqiqliyini həmkar olaraq yaxından hiss edirdim.

1993-cü ildən İradə Əliyeva jurnalist taleyiniAzərbaycanqəzeti ilə bağlayıb. 1997-ci ildən şöbə redaktorudur. Elə buradaca demək yerinə düşər ki, İradə xanım ona etibar edilən vəzifəyə həmişə məsuliyyətlə yanaşan, tapşırılan  üçün cavabdehlik daşıyan  insandır.

Azərbaycanonun qarşısında daha geniş yaradıcılıq imkanları açıb. İradə xanım bu imkanlardan səmərəli istifadə edərək mövzularını şaxələndirib. Qəzet səhifəsinə maraqlı yazılar gətirdikcə, aktual məsələlərə toxunduqca özünün peşəkarlığı artıb.

İradə Əliyevanın mövzu dairəsi genişdir. Burada elmin, təhsilin, səhiyyənin, mədəniyyətin uğurları, perspektivləri, həlli vacib məsələləri, görkəmli ziyalıların, alimlərin, ədəbiyyat incəsənət xadimlərinin həyat yolu öz  əksini tapır. Xeyli vaxtdır  repressiya qurbanları, deportasiyaya, qaçqın-köçkünlüyə məruz qalmış insanlar haqqında acı tarixi həqiqətləri qələmə alır. Onun eləcə müxtəlif sahələrdə çalışan, fəal həyat mövqeyi tutan Azərbaycan qadınları haqqında silsilə yazıları var.

Uzun illər ərzində gördükləri müşahidə etdikləri, oxuyub öyrəndikləri, axtarıb tapdıqları yazdıqları indi İradə xanımın yaradıcılıqmətbəx”ində kitablara çevrilməkdədir. Oxucular onun yaxın vaxtlarda işıq üzü görəcəkQırmızı terror... Repressiya burulğanı”, “Şəxsiyyətlər... Ömür qələm”, “Qadınlarımız... Bənzərsiz dünyamızkitabları ilə tanış olacaqlar.

Həftədə altı dəfə çıxan, illik səhifələrinin sayını tən böləndə isə az qala hər günün payına bir nömrəsi düşən rəsmi dövlət qəzetində zəhmət qayğı dolu jurnalist həyatı yaşaya-yaşaya İradə xanım eyni zamanda bir cüt oğul ömrünün keşiyində dayanıb. Övladlarını layiqli vətəndaş kimi tərbiyə edib, boya-başa çatdırıb, böyük oğlunu evləndirib. İndi daşıdığı vəzifələrin biri artıb, iki gözəl nəvənin nənəsidir.

İradə xanıma cansağlığı xoşbəxtlik, yaradıcılıq uğurları arzulayanAzərbaycan”çılar eləcə onun ana qəlbinin ikinci oğul toyunun sədaları ilə öz mətləbinə çatmağını diləyirlər.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 12.