Miqrasiya proseslərinin idarə olunmasındabir pəncərəprinsipinin tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Miqrasiya proseslərinin idarə olunmasındabir pəncərəprinsipinin tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli FərmanınıYaşayış yeri olduğu yer üzrə qeydiyyat haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1253-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Miqrasiya proseslərinin idarə olunmasındabir pəncərəprinsipinin tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 3, maddə 161; 2011, № 6, maddə 509; 2013, № 9, maddə 1047; 2014, № 9, maddə 1046) 3.5-1-ci bəndinəYaşayış yeri olduğu yer üzrə qeydiyyat haqqındaAzərbaycan Respublikasının Qanununasözlərindən sonra Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinəsözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 22 sentyabr.- S. 2.