Azərbaycan Cənubi Amerika regionu ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir

 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Argentina Respublikasının xarici işlər nazirinin müavini Eduardo Zuainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycanın Cənubi Amerika regionu ölkələri, xüsusilə Argentina ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb.

Azərbaycan-Argentina siyasi əlaqələrinin inkişafının məmnunluq doğurduğunu deyən Elmar Məmmədyarov ölkələrimiz arasında Xarici İşlər nazirlikləri səviyyəsində mütəmadi keçirilən siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd edib.

Eduardo Zuain Azərbaycana ilk dəfə səfər etdiyini bildirib, ölkəmizin qısa müddətdə əldə etdiyi sosial-iqtisadi inkişafla bağlı xoş təəssüratlarını bölüşüb. Azərbaycan Argentina arasında əlaqələrin dinamik inkişaf etdiyini qeyd edən Eduardo Zuain sənaye, energetika, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu söyləyib.

Görüşdə birgə səylər vasitəsilə iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi məqsədilə tezliklə hökumətlərarası iqtisadi komissiyanın iclasının keçirilməsi ilə əlaqədar müsbət niyyət ifadə olunub.

Söhbət zamanı Azərbaycan Argentina arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlığın qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi bildirilib.

Görüşdə BMT Baş Məclisinin qarşıdan gələn sessiyasının gündəliyində duran məsələlər, regional qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2015.- 22 sentyabr.- S. 4.