Neftçilər peşə bayramlarını təntənəli mərasimlə qeyd ediblər

 

Sentyabrın 20-də Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı Əsrin müqaviləsi”nin imzalanmasının 21-ci ildönümü təntənəli mərasimlə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən energetika naziri Natiq Əliyev əlamətdar gün münasibətilə 70 minlik neftçi ordusunu təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. NazirƏsrin müqaviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan, dövlət səviyyəsində neftçi əməyinə göstərilən yüksək diqqət qayğıdan geniş söz açıb. Azərbaycanın bu sahədə qazandığı uğurların neftçilərin fədakar əməyindən, zəngin təcrübəsindən peşəkarlığından qaynaqlandığını deyən nazir bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmışƏsrin müqaviləsirespublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb.

Azərbaycan neftçilərini peşə bayramları münasibətilə təbrik edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyasının ölkəmizə gətirdiyi uğurlardan danışıb. V.Ələsgərov qeyd edib ki, Azərbaycan bu gün təkcə neft ölkəsi kimi deyil, o cümlədən öz qazı ilə regionun Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək bir ölkə kimi tanınır. Milli Məclisin sədr müavini bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə ərsəyə gələnCənubqaz dəhlizi Xəzərin Azərbaycan sektorundakı qaz yataqlarından hasil olunacaq qazın Avropaya nəqlinə imkan verəcək.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev çıxış edərək şirkətin çoxminli kollektivini Neftçilər günü münasibətilə təbrik edib, fədakar neftçilərin əməyini yüksək qiymətləndirib. R.Abdullayev Azərbaycan iqtisadiyyatının inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi ulu öndər Heydər ƏliyevinƏsrin müqaviləsi”nin imzalanmasında ölkəmizin dünyada neft ölkəsi kimi tanıdılmasındakı əvəzsiz xidmətlərindən danışıb.

SOCAR-ın prezidenti qeyd edib ki, ötən bir ildə dünya bazarında neftin qiymətinin iki dəfəyədək ucuzlaşmasına baxmayaraq, Azərbaycan neftçiləri çox mühüm işlər görüblər. Keçən ilin bu günü, yəni sentyabrın 20-də "Cənubqaz dəhlizinin təməli qoyuldu qısa müddətdə layihənin uğurla həyata keçirilməsi üçün böyük addımlar atıldı.

Azərbaycan hazırda dünyanın ən böyük layihəsini - "Cənubqaz dəhlizini reallaşdırır. XəzərdəkiŞahdənizyatağından başlayaraq 3 min 500 kilometr məsafədəki bu boru kəmərləri zəncirinin keçdiyi 6 ölkədə layihənin icrasında işlər proqrama uyğun həyata keçirilir. Təkcə Azərbaycanda bu layihə üzrə 20 minədək insan çalışır. Azərbaycanda Gürcüstanda layihə çərçivəsində işlər sürətlə həyata keçirilir boruların qaynaq işi aparılır. Türkiyədə isə TANAP layihəsi üzrə qrafikdə nəzərdə tutulandan da artıq işlər görülür. 1300 kilometr məsafədə olan bu boru kəmərinin keçəcəyi ərazilərdə artıq əsas işlərə başlanılıb orada da on minlərlə insan çalışır. Avropada TAP layihəsində işlər uğurla davam etdirilir”, - deyə R.Abdullayev vurğulayıb.

SOCAR prezidenti bildirib ki, aparılan bu işlərin nəticəsində Azərbaycan qazı Türkiyəyə 2018-ci ilin birinci yarısında, Avropaya isə 2019-cu ilin sonunda nəql ediləcək.

Şirkətin Azərbaycanda həyata keçirdiyi layihələrdən danışan R.Abdullayev qeyd edib ki, Neft-Qaz emalı Neft-Kimya Kompleksinin inşası məqsədilə işlər görülür. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernizasiyasına isə bu ilin sonunda başlanılacaq. Zavodda neft emalı 7,5 milyon tona çatdırılacaq ki, bu da “Avro-5” standartlarına uyğun məhsul istehsalına imkan yaradacaq. Karbamid Polimer zavodu layihələrində işlər uğurla həyata keçirilir.

Mərasimdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt YusifzadəyəAzərbaycan Respublikası Prezidentinin fəxri diplomutəqdim olunub. Akademik X.Yusifzadə onun əməyinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

 

Azərbaycan.- 2015.- 22 sentyabr.- S. 5.