Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

 

Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının birlik həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu diləklərimi yetirirəm.

Demokratik prinsiplərin, dini etiqad vicdan azadlıqlarının bərqərar edildiyi Azərbaycan Respublikasında Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur. Bu günlər ölkəmizin möminləri tərəfindən dini ayinlər yerinə yetirilir, dövlətimizin firavanlığı tərəqqisi üçün dualar edilir, Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnsanlar Tanrıya yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağlılığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm qardaşlığın, xeyirxahlıq mərhəmət duyğularının parlaq ifadəsinə təcəssümünə çevrilir.

Əziz bacı qardaşlarım!

Mübarək Qurban bayramı günlərində bir daha sizə ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirir, uca Tanrıdan xalqımızın dövlətimizin əmin-amanlığı rifahı naminə etdiyiniz duaların qəbul olunmasını diləyirəm. Qoy bu müqəddəs bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 sentyabr 2015-ci il.

 

Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 1.