Milli Məclisin sədri AŞPA-nın seçkiləri müşahidə missiyası üzrə komitəsinin ön heyəti ilə görüşüb

 

Sentyabrın 22-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad hok (müvəqqəti) komitəsinin ön heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanda seçki prosesi, seçki qanunvericiliyi, seçki komissiyalarının tərkibi digər məsələlərə dair ətraflı məlumat verib. Milli Məclisin sədri Azərbaycanda demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün bütün zəruri addımların atıldığını, prosesi izləyəcək müşahidəçilərin hamısına lazimi şəraitin yaradılığını söyləyib.

Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad hok komitəsinin ön heyətinin rəhbəri Xordi Şukla səfər çərçivəsində çoxsaylı görüşlər keçirdiklərini, Azərbaycanda seçkiqabağı vəziyyətlə yaxından tanış olduqalarını deyib.

 

Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 1.