AŞPA-nın seçkiləri müşahidə missiyası üzrə komitəsinin ön heyəti Xarici İşlər Nazirliyində olub

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad-hok (müvəqqəti) komitəsinin ön heyətinin üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov noyabrın 1-də Azərbaycanda parlament seçkilərinin demokratik, ədalətli şəffaf şəkildə keçirilməsi üçün zəruri tədbirlərin görüldüyünü prosesi izləyəcək müşahidəçilər üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Nazir seçkilərin müşahidəsi məqsədilə bir sıra beynəlxalq təşkilatlara dəvətlər göndərdiyini qeyd edərək, ATƏT-in Demokratik Təsisatlar İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanatının qurumun mandatına zidd olduğunu bildirib. Elmar Məmmədyarov 100 milyondan artıq əhalisi olan ATƏT üzv dövlətlərinə müvafiq olaraq DTİHB tərəfindən 400 ya 500 müşahidəçi göndərildiyi halda, 9,5 milyon əhalisi olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 nəfər qısa uzunmüddətli müşahidəçinin göndərilməsinin hər hansı normal məntiqə sığmadığını tamamilə qeyri-mütənasib xarakter daşıdığını deyib.

DTİHB-nin seçkilərin müşahidəsi ilə bağlı metodologiyasının hansı meyarlara məntiqə əsaslandığının tamamilə anlaşılmaz olduğunu deyən nazir onun mandatının ilk növbədə seçkilərin keçirilməsi üzrə ATƏT-in üzv dövlətlərinə texniki dəstək göstərmək olduğunu xatırladıb. O, ATƏT-in fəaliyyətdə olan sədrinin iştirakı ilə bu məsələnin müzakirə olunacağına münasib çıxış yolunun tapılacağına ümidvar olduğunu bildirib.

Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad-hok (müvəqqəti) komitəsinin ön heyətinin üzvləri səfər çərçivəsində məhsuldar görüşlər keçirdiklərini, seçkiqabağı mühitlə yaxından tanış olduqlarını AŞPA tərəfindən seçkilərin müşahidəsi üçün lazımi hazırlıq tədbirləri gördüklərini bildiriblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 1.