Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində nəzarət markasının tətbiqi ilə bağlı görüş keçirilib

 

Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmişNəzarət markasının forması, uçotu, istifadəsi verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə qərarı ilə əlaqədar nəşriyyat mətbəə nümayəndələri ilə görüş keçirilib.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra kitab, jurnal, qəzet nəşri geniş yayılıb, ümumiyyətlə, bu sahədə çox mühüm işlər görülüb geniş rəqabət mühiti yaranıb. Dini ədəbiyyatın nəşri ilə bağlı məsələlərdə müəyyən qaydalar var ki, onlar vicdan dini etiqad azadlığı ilə əlaqəlidir. Bu gün bütün dünyada dindən sui-istifadə halları geniş yayılıb.

Komitə sədri deyib ki, Azərbaycanda dini etiqad azadlığından sui-istifadə hallarının qarşısını almaq üçün dövlət qabaqlayıcı tədbirlər görür. Dövlət milli ictimai təhlükəsizliyini qorumaq üçün dini ədəbiyyat üzərində müəyyən nəzarət həyata keçirir ki, bu, senzura deyil. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət sadəcə radikal yönümlü fəaliyyətin, o cümlədən məzhəblərarası münasibətləri qızışdırmaq, Azərbaycanda konstitusion quruluşun əleyhinə bu ya digər formada fəaliyyət göstərmək cəhdində olan, dini pərdə altında gizlənən hər hansı qrupun qarşısını almaq üçündür. Azərbaycan dünyəvi dövlətdir ölkəmizdə bütün dinlərin, o cümlədən ölkə əhalisinin mütləq əksəriyyətinin mənsub olduğu İslam dininin daha geniş şəkildə düzgün öyrənilməsi qanunla tənzimlənir.

Mübariz Qurbanlı nəşriyyat mətbəələrin üzərinə düşən vəzifələrdən danışıb, bu istiqamətdə proseslərin milli maraqlar çərçivəsində həll edilməli olduğunu bildirib.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn məsələlər, xüsusən dini ədəbiyyatın nəşrində nəzarət markasının tətbiqi qaydaları barədə məlumat verib.

Komitənin hüquq qeydiyyat şöbəsinin müdiri vəzifəsini icra edən Bəhruz Müslümov müvafiq qərarın icrasının hüquqi tərəflərini, nəzarət markasının tətbiqinin hüquqi istiqamətləri, qanun pozuntusu baş verəcəyi halda bu sahədə qanunvericilikdə nəzərdə tutulmuş cərimələr, eləcə İnzibati Xətalar Məcəlləsi ilə təsbit olunmuş hallarla bağlı nəşriyyat mətbəə nümayəndələrini məlumatlandırıb.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.

 

Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 2.