Mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

 

Sentyabrın 22-də mədəniyyət turizm naziri Əbülfəs Qarayev Argentina Xarici İşlər Nazirinin müavini Eduardo Zuain ilə görüşüb.

Mədəniyyət Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Argentina arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı mədəni əlaqələrin inkişafından söhbət açılıb.

E.Zuain mədəniyyət sahəsində Bakıda Buenos-Ayresdə təqdimatların keçirilməsini təklif edib. Təklifi yüksək qiymətləndirən Ə.Qarayev, həmçinin Argentina turoperatorları üçün tanışlıq turunun təşkilini qeyd edib.

Nazir iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə azərbaycanlı yazıçıların kitablarının tərcümə olunması təklifini irəli sürüb.

Görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Saziş ölkələr arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə, musiqi, incəsənət, muzey, kitabxana digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə imkan verəcək.

Həmçinin, iki ölkə arasında əlaqələrin daimi inkişaf etdirilməsi üçün fəaliyyət planının hazırlanmasına dair razılıq əldə olunub.

Görüş zamanı Əbülfəs Qarayev UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq qurumların tərəfdaşlığı ilə birlikdə Bakıda keçirilən III Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışıb. Nazir, həmçinin 2016-cı ilin aprelində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında da məlumat verib nümayəndə heyətini forumda iştiraka dəvət edib.

 

Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 2.