Azərbaycan ilə Belarus arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

 

Sentyabrın 22-də təhsil naziri Mikayıl Cabbarov Belarus Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Gennadi Axramoviç ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Cabbarov səfir G.Axramoviçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Sonra Azərbaycan ilə Belarus arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 2.