İtaliyanınNotizie Geopoliticheportalı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisinin açıqlamasını yayıb

 

İtaliyanınNotizie Geopolitichexəbər portalında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanması ilə bağlı açıqlamasına dair məqalə yayılıb.

Məqalədə Əli Həsənova istinadən bildirilir ki, Azərbaycanda KİV nümayəndələrinin fəaliyyəti müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir. Ölkə qanunvericiliyi söz məlumat azadlığına, KİV redaksiyalarının jurnalistlərin müstəqil fəaliyyətinə, sərbəst şəkildə informasiya əldə etmək yaymaq hüququna tam təminat verir.

Müəllif Prezidentin köməkçisinin aşağıdakı fikirlərinə yer verir: “Həm yerli, həm Azərbaycanda xarici KİV-ləri təmsil edən jurnalistlər nümayəndələr öz fəaliyyətlərini qanunların çərçivəsində qurmalı, ölkə cəmiyyət qarşısında məsuliyyətlərini dərindən dərk etməli qeyri-qanuni addımlara yol verməməlidirlər. “İnteraz”, “Euroazteleviziya kanalları, “Amerikanın səsiradiosu, “Meydan TV” internet saytı bir sıra digər xarici media orqanları onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər”.

Məqalədə bildirilir ki, Əli Həsənov son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanmasının onları öz fəaliyyətləriniAzərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”na uyğun qurmağa dəvət etmək məqsədi daşıdığını diqqətə çatdırıb.

 

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 3.