Xalq müdrikliyinin daşıyıcısı

 

XX əsrin görkəmli ziyalılarından biri folklorşünas Əbülqasım Nurməhəmməd oğlu Hüseynzadədir. Bir əsrə yaxın (1890-1988) ömür yaşamış bu nurlu ziyalı müqəddəs bir missiyanın daşıyıcısı olmuşdur. Xalqımızın təfəkkür xəzinəsinin itib, məhv olmaması üçün əzab-əziyyətə qatlaşmış, onları yığıb-toplamış nəşrinə nail olmuşdur. Xalq müdrikliyinin daşıyıcısı, təmsilçisi bir nəsildən digər nəslə - gələcəyə ötürülməsi Əbülqasım Hüseynzadənin tale yolu olmuşdur. Atalar sözləri məsəlləri, tapmaca, bayatı rəvayətləri sinədəftərlərimizin sinəsindən - yaddaşından toplayıb yazıya almış, tarixə çevirmişdir.

Professor Azad NəbiyevAzərbaycan xalq ədəbiyyatıadlı dərsliyində Ə.Hüseynzadəni bu sahəyə gətirib çıxaran anlara aydınlıq gətirərək yazır: “Azərbaycan atalar sözü məsəllərin toplayıcılarından biri olan Əbülqasım Hüseynzadə bu nümunələri toplamağa başladığı günləri xatırlayaraq yazırdı: “Mən beş-altı yaşımda balaca oğlan idim. Atam baqqal dükanında işləyirdi. Hər gün evə gələndə mənə rəngbərəng kağızlara bükülmüş konfetlər gətirərdi. Əvvəlcə höccələyə-höccələyə onların üstündəki sözləri mənə oxudardı: “Az aşım, ağrımaz başım”, “Qarın səndən aşağıdır”, “İş adamın cövhərildir”, “Kor kora kor deməsə, ürəyi partlar”, “İşləməyən dişləməz s. Sonra mən kağızları açıb konfetləri yedikcə yazılı kağızları üst-üstə yığıb cumuxdanda gizlədərdim. Hərdən atam məni özü ilə baqqal dükanına aparanda xəlvətə salıb yol qırağına tökülmüş belə kağızları da yığıb evə gətirər o birilərinin üstünə yığardım. Bu konfet kağızları sonralar mollaxanada oxuyarkən mənim ən çox sevdiyim kağızlar olub. Daha sonralar isə mənim atalar sözləri məsəlləri toplamaq sahəsindəki başlanğıc işimə çevrildi”.

Göründüyü kimi, uşaqlıqdan məşğul olduğu faydalı bir əyləncə sonradan onun tale yoluna çevrilmiş, ömrünün sonunadək bu maraqlı peşədən ayrılmamışdı. Hətta bu istiqamətdə ali, orta təhsil almasa belə. Filologiya elmləri doktoru Paşa Kərimovun yazdığı kimi: “İndi çoxları bilmir ki, Əbülqasım müəllim təhsilini mollaxanada, rus-tatar məktəbində nəhayət, 1910-cu ildə birillik mühasibat kursunda almışdır. Bu deyilənlərdən başqa, o heç bir yerdə oxumamış, folklorçu, ədəbiyyatçı kimi xüsusi təhsil almamışdır. Onun araya-ərsəyə gətirdiyi folklor materiallarının şifahi xalq ədəbiyyatımızı, etnoqrafiyamızı öyrənənlər üçün əvəzsiz mənbə edən məşğul olduğu sahəyə ömür boyu tam sədaqətini qoruyub saxlaması, gördüyü işi həmişə ürəkdən, canı-dildən görməsidir... Ə.Hüseynzadə ömrünün gənclərə örnək olacaq əsaslı cəhəti elə ondan ibarətdir ki, kim sevib-seçdiyi bir işə sonsuz həvəslə girişib sona qədər sədaqətlə onunla məşğul olacaqsa, mütləq bəhrəsini görəcək, əməyi xalq, ziyalılar tərəfindən yüksək dəyərləndiriləcək. Nağıllarda deyil, real həyatda uğurun, xoşbəxtliyin sirri bundadır”.

Bax beləcə, özü xalqın bağrından qopduğu üçün xalqımızın incilər xəzinəsinin mühafizəçisi oldu ömrünü buna həsr etdi. 1926-cı ildə çapdan çıxanAtalar sözlərikitabının ardınca onunAtalar sözü” (1938), “Din əleyhinə el sözləri” (1940), “El sözləri” (1944), “Ata sözü” (1949) kitabları da nəşr olundu. HabeləBayatılar”, “Tapmacalar”, “Rəvayətlər”, “Hikmətli sözlər”, “Məzəli rəvayətlər başqa bu kimi müxtəlif xalq örnəklərini əhatə edən kitabları işıq üzü görən Ə.Hüseynzadənin ümumilikdə Azərbaycan rus dillərində 21 kitabı çap olunmuşdur.

Tədqiqatçının sağlığında nəşrini görmədiyi əlyazmaları da qalmışdır ki, onlar hazırda M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivində qorunub saxlanılır. 2014-cü ildə həmin institutun xətti iləƏbülqasım Hüseynzadə arxivinin təsviri” (“Elm təhsilnəşr.) adlı kitabça buraxılmışdır. Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Zahidə Hacıyevanın zəhmətinin məhsulu kimi araya gələn bu təsvir materiallarında onun şəxsi fondundakı 96 sənəd barədə məlumat əksini tapmışdır. Təsvirdə materialın adı, tarixi, dili, məzmunu, ölçüsü, həcmi saxlama vahidləri göstərilməklə yanaşı, həmçinin burada vaxtilə tədqiqatçının ünvanına daxil olmuş məktublar, teleqramlar, təsviri sənədlər, şəxsi kitabları barədə açıqlayıcı informasiyalar verilmişdir.

Bütün bunlar isə tədqiqatçının dəyərli irsinə dövlət qayğısı dəstəyinin təzahürü kimi qiymətləndirilməlidir. Həmçinin bu irsin bu gün diqqətdən tədqiqdən kənarda qalmadığı kimi düşünülməlidir. Elə bunun bir əyani nümunəsi həmin əlyazma materialları əsasında elmi işçi Zahidə Hacıyevanın nəşrə hazırlayıb 2013-cü ildə təkrar olaraq 2015-ci ildə çap etdirdiyiAtalar sözləri məsələlərkitabıdır. Bu, həm bir daha onu göstərir ki, mənəvi dəyərlər heç zaman ölmürlər hər vaxt da öz aktuallıq dəyərini qoruyub saxlayırlar. Bu, həm o deməkdir ki, ruhlar ölmürlər. Əbülqasım Hüseynzadənin yaxın zamanlarda işıq üzü görmüş buAtalar sözləri məsəllər” (“Elm təhsilnəşr.) kitabı eyni zamanda, sağlığında ömrünü xalqın mənəviyyat xəzinəsini unudulmağa qoymayan fədakar bir ziyalımızın yaşaması deməkdir. Xalqımızın mənəvi dünyasını yaşadan insanı xalqımız belə qədirbilənliklə yaşadır.

Əbülqasım Hüseynzadə Azərbaycan folklorunun toplanması nəşri sahəsindəki xidmətlərinə görə respublikanınƏməkdar mədəniyyət işçisifəxri adına layiq görülmüşdür.

Bəli, qədər ki, Azərbaycanın folklor inciləri yaşayır, o qədər bu inciləri qoruyub yaşadan ziyalılarımız, elə o cümlədən bu yolda hədsiz fədakarlıqlar göstərmiş Əbülqasım Hüseynzadə yaşayacaq. Ömrünü xalqa həsr edənlərin ömürləri əbədi olur.

 

Şakir ƏLİFOĞLU,

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 6.