Üzeyir Hacıbəylinin ömürnaməsikitabının təqdimatı olub

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında akademik Bəkir NəbiyevinÜzeyir Hacıbəylinin ömürnaməsikitabının təqdimat mərasimi keçirilib.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, tədbir akademik Üzeyir Hacıbəylinin 130, AMEA-nın 70 akademik Bəkir Nəbiyevin 85 illik yubileyləri çərçivəsində təşkil olunub.

Əvvəlcə MEK-in direktoru Leyla İmanova çıxış edərək tədbirin təşkilində kitabın işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Təqdimat mərasimində AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək hər iki görkəmli şəxsiyyətin - Üzeyir Hacıbəylinin Bəkir Nəbiyevin mənalı həyat yolundan danışıb, onların alim kimi elmə böyük töhfələr bəxş etdiyini söyləyib.

Üzeyir Hacıbəylinin ömürnaməsikitabı barədə fikirlərini bölüşən AMEA-nın vitse-prezidenti nadir faktlarla zəngin bu əsərin akademik Üzeyir Hacıbəyli şəxsiyyətini dolğun ifadə edən müstəqillik illərində bəstəkar haqqında yazılan kitabların məntiqi yekunu olduğunu deyib. Bildirilib ki, əsər həm akademik B.Nəbiyevin elmi fəaliyyətini tamamlayır, həm dahi bəstəkar Ü.Hacıbəylinin həyat yaradıcılığını ümumiləşdirir.

Akademik qeyd edib ki, B.Nəbiyev bu çox qiymətli əsərində möhtəşəm yaradıcılıq yolu keçən Üzeyir Hacıbəylinin necə böyük nadir şəxsiyyət, inanılmaz istedad sahibi olduğunu təcrübəli alim qələmi ilə açıb göstərə bilib, üzeyirsevərlərin tədqiqatçıların ürəyincə olacaq təkrarsız bir əsər ortaya qoyub.

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli B.Nəbiyevin ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, çoxşaxəli fəaliyyətindən, ədəbi irsinin əhəmiyyətindən danışıb.

Sonra məruzə ilə çıxış edən professor Qəzənfər PaşayevÜzeyir Hacıbəylinin ömürnaməsikitabını yazıb tamamlamağın B.Nəbiyevin ən böyük arzularından olduğunu söyləyib, əsəri üzeyirşünaslığa sanballı töhfə kimi dəyərləndirib.

Professorlar Zümrüd Dadaşzadə, Ülviyyə Hacıbəyova, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov digər çıxış edənlər hər iki şəxsiyyətin yaradıcılığından söz açıb, kitab barədə təəssüratlarını bölüşüblər.

SondaÜzeyir Hacıbəylinin ömürnaməsikitabının işıq üzü görməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna Azərbaycan Mədəniyyət Fonduna iştirakçılar adından minnətdarlıq ifadə olunub.

 

Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 6.