QaxdaUlu dad” milli mətbəx festivalı keçirilib

 

Mədəniyyət Turizm Nazirliyinin təsdiq etdiyiXalq yaradıcılığı paytaxtlarıproqramına əsasən, 2015-ci il üçünAzərbaycanın Milli Mətbəx Paytaxtıelan edilmiş Qax şəhərində sentyabrın 22-də növbəti tədbir – “Ulu dad” milli mətbəx festivalı keçirilib.

Mədəniyyət Turizm Nazirliyinin Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda yerli kulinarlarla yanaşı Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ İsmayıllı rayonlarının təmsilçiləri, Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələri iştirak ediblər.

İçəribazarTurizm Mədəniyyət Mərkəzinin ərazisində təşkil edilən sərgilərdə kulinarların hazırladıqları milli mətbəx nümunələri nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi festivala dəvət olunan qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Festivalın açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, Qax şəhərinin 2015-ci il üçünAzərbaycanın Milli Mətbəx Paytaxtıelan edilməsinin rayonun milli mənəvi dəyərlərinə, mətbəxinə verilən yüksək qiymət etimad olduğunu bildirib. Paytaxt iliçərçivəsində Qax şəhərində, eləcə rayonun kəndlərində silsilə tədbirlərin, festivalların keçirildiyini diqqətə çatdıran icra hakimiyyətinin başçısı paytaxt nominasiyası proqramının rayonun milli mətbəx nümunələrinin üzə çıxarılması, qorunması təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev son illər sürətlə inkişaf edən Qax rayonunun artıq respublikamızın turizm mərkəzlərindən birinə çevrildiyini bildirib. Diqqətə çatdırılıb ki, nazirlik tərəfindən həyata keçirilənXalq Yaradıcılığı PaytaxtlarıProqramı Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği, “paytaxtseçilmiş şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov belə festivalların ölkəmizin, eləcə ayrı-ayrı bölgələrin zəngin mətbəx mədəniyyətinin tanıdılması baxımından əhəmiyyətli rol oynadığını bildirib.

Musiqi rəqs kollektivlərinin çıxışından sonra tədbir iştirakçıları rayonlardan gəlmiş kulinarların əvvəlcədən hazırladıqları milli mətbəx nümunələri ilə tanış olublar. Burada sərgilənən xəmir xörəkləri, müxtəlif növ plov, dolma digər milli yeməklər, çörək unlu qənnadı məmulatları, müxtəlif şirniyyatlar, sacda bişirilən fəsəli, maxara, yuxa digər nemətlər festival iştirakçılarının böyük marağına səbəb olub. Turizm Mədəniyyət Mərkəzinin ərazisindəki qədim küçədə nümayiş etdirilən el sənətkarlarının əl işləri, həmçinin folklor kollektivlərinin çıxışları festival iştirakçılarına xoş ovqat bəxş edib.

Tədbir iştirakçıları daha sonra Nizami parkında təşkil edilən arıçılıq məhsullarının sərgisi ilə yaxından tanış olublar.

 

Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 7.