Azərbaycan Texniki UniversitetindəEnerji istehsalı effektliyimövzusunda beynəlxalq elmi seminar keçirilib

 

Sentyabrın 22-də Azərbaycan Texniki Universitetində (AzTU) Almaniya Brandenburq Texniki Universiteti (BTU) ilə birgə təşkil edilmişEnerji istehsalı effektliyimövzusunda Beynəlxalq elmi seminar keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərq əməkdaşlığıproqramı çərçivəsində maşınqayırma sahəsi üzrə universitetlərarası əlaqələrdənn danışıb. Rektor Azərbaycan Texniki Universiteti ilə Brandenburq Texniki Universiteti arasında əməkdaşlıq yaradılması haqqında 2010-cu ildə imzalanmış müqavilənin hər iki ali məktəbdə uğurla həyata keçirilməsindən məmnunluğunu bildirib. Qeyd olunub ki, AzTU-nun əməkdaşları, magistrləri dəfələrlə Brandenburq Texniki Universitetində elmi-texniki konfranslarda məruzələrlə çıxış ediblər. Qarşıdakı illərdə digər tərəfdaş universitetlərin iştirakı ilə belə elmi-texniki konfransların, tədris-metodik seminarların yay məktəblərinin keçirilməsi nəzərdə tutulur.

Seminarda Brandenburq Texniki Universiteti maşınqayırma fakültəsinin dekanı, professor S.Simon, professor P.Biegel, Rusiya Milli Tədqiqat Universitetinin dosenti N.Savçenkova, Dnepropetrovsk Milli Dağ-mədən Universitetinin dosenti L.Polekova başqaları enerji istehsalı, alternativ enerji mənbələri, enerji istehsalının səmərəliliyi maşınqayırmanın müasir problemləri mövzularında məruzələr ediblər.

Tədbirdə universitetlər tərəfindən ikili diplom verilməsi ilə nəticələnən birgə magistr hazırlığı üçün tədris planının işlənib hazırlanması bu sahədə fəaliyyətin daha intensiv davam etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.

Daha sonra enerji istehsalı onun səmərəliliyinə zəmin yaradan elmi-texniki tərəqqinin ən son nailiyyətləri barədə fikir mübadiləsi aparılıb.

Seminarda Rusiya Milli Tədqiqat Universiteti Ukrayna Dnepropetrovsk Milli Dağ-mədən Universitetinin əməkdaşları da iştirak ediblər.

Seminar iştirakçıları Azərbaycanın bir sıra qabaqcıl müəssisələri, o cümlədən Sumqayıt Texnologiyalar Parkı, “AzərenerjiSəhmdar Cəmiyyətinin istehsalat sahələri ilə tanış olacaq, texnoloji proseslərin təşkili məsələləri ilə maraqlanacaqlar.

Seminar sentyabrın 27-dək davam edəcək.

 

Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 7.