Azərbaycan Respublikası Baş nazirinin birinci müavinini “Dostluq” ordeninə layiq görülüb
Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov “Dostluq” ordeni ilə təltif olunub. Fərman Rusiya rəsmi hüquq informasiyası portalında yerləşdirilib.
Fərmana görə, Azərbycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov ali mükafata “dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi və mədəni əlaqələrin inkişafına töhfəsinə görə” layiq görülüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2015.- 24 sentyabr.- S. 2.