Müsəlman dünyasının əziz bayramı

 

Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm qardaşlığın, xeyirxahlıq mərhəmət duyğularının parlaq ifadəsinə təcəssümünə çevrilir”.

İlham ƏLİYEV

 

Dünya müsəlmanları sonsuz sevinc hissi yaşayırlar. Bu gün möminlər mübarək Qurban bayramını qeyd edirlər. Şəhər kəndlər bayram libasına bürünür, insanlar bir-birini təbrik edirlər.

Hicri-qəməri təqvimlə zil-hiccə ayının 10-da başlayan dörd gün davam edən Qurban bayramı zəvvarların Məkkədə həcc ziyarətini başa çatdırması ilə əlamətdardır. Zəvvarlar şeytanı daşladıqdan sonra qurban kəsirlər. Həcc ziyarətində olmayan müsəlmanlar isə onlarla həmrəylik nümayiş etdirərək bu ibadəti öz ölkələrində icra edirlər.

Qeyd etmək lazımdır ki, qurbankəsmə mərasiminin tarixi islamdan çox-çox əvvəllərə gedib çıxır. Dünya xalqları islamın zühurundan qabaq əsrlər boyu bu mərasimi müxtəlif cür icra etmişlər. Hətta insanları qurban kəsmək, odda yandırmaq, suya atmaq kimi dəhşətli adətlər olmuşdur. İslamın bərqərar etdiyi Qurban bayramı isə bəşər tarixində tamamilə yeni səhifə açdı, Allahın yaratdığı ən kamil məxluqa - insana bir vaxtlar bəslənmiş vəhşi münasibətə son qoydu.

Müsəlmanların əziz tutduğu bu bayram İbrahim peyğəmbərin həyatında baş vermiş bir əhvalatdan qaynaqlanır. Qurani-kərimdə deyilir ki, Allah İbrahim əleyhissəlama yuxusunda oğlu İsmayılı qurban kəsməyi buyurur. Ahıl çağında Yaradanın bəxş etdiyi övlad payını itirmək qorxusu ilə üz-üzə qalan İbrahim peyğəmbər gördüyü yuxudan kədərlənsə , dərk edir ki, ciyərparasını qurban kəsmək Allahın əmridir bu əmr yerinə yetirilməlidir. İbrahim peyğəmbər yuxusunu oğluna danışır. İsmayıl da Yaradanın əmrini yerinə yetirməyin vacibliyini bildirir: “Atacan! Sənə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” (Saffat, 102) Lakin İbrahim peyğəmbər oğlunu yerə yıxıb qurban kəsmək istəyəndə səmadan səs gəlir: “Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin (Sənə yuxuda əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı görənləri belə mükafatlandırırıq” (Saffat, 104-105).

Ulu Yaradan İsmayılı qurban kəsməyi əmr etməklə peyğəmbərlik üçün bəyənib seçdiyi bəndəsini - İbrahim əleyhissəlamı oğlu İsmayılı sınağa çəkirdi: “Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi” (Saffat, 102). Allah-təala onların hər ikisinin bu imtahandan üzüağ çıxdığını görüb qurban kəsmək üçün qoç göndərir...

Qurban bayramının əsasında duran bu hadisənin böyük mənası var. Uca Xaliq bu yolla bəşər övladına bildirdi ki, islamdan əvvəl olduğu kimi, insanları qurban kəsmək olmaz - Allah adına qurban yalnız heyvandan kəsilə bilər: “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik ( ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (“bismillahdesinlər)” (Həcc, 34).

Qurban kəsmək ibadəti Allaha xoş gələn əməllərdəndir. Müsəlman qurban kəsərək Tanrıya yaxınlığını, ona sədaqətini bir daha sübut edir. Qurani-şərifdə deyilir: “Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə (nemətimizə) şükür edəsiniz! Onların əti, qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir)” (Həcc, 36-37).

Müsəlman üçün qurban kəsmək Allahın bəyəndiyi əməllərdən olsa da, qurbanı yalnız imkanlı möminlər kəsməlidirlər. İmkanlıların qurban kəsməməsi məqbul olmadığı kimi, imkansızların da ailəsinin güzəranına ziyan vurmaqla, yaxud borc-xərc hesabına qurban kəsməsi məqbul deyil.

Qurban yalnız qoyun keçidən, dəvə inəkdən kəsilməlidir. Qurbanlıq heyvan sağlam, qüsursuz cavan olmalıdır. Xəstə, arıq, çolaq, gözü kor, buynuzu sınmış, dişləri tökülmüş, qulağı, quyruğu kəsilmiş, boğaz heyvandan qurbanlıq olmaz. Qurban əti, adətən, üç yerə bölünür: bir hissəni qurban kəsən özünə saxlayır, bir hissəsini qohum-əqrəbaya dost-tanışa verir, bir hissəsini ehtiyacı olanlara paylayır. Müsəlman istəsə, qurban ətinin hamısını kasıblara paylaya bilər. Həm imkan daxilində bir yox, bir neçə qurban kəsib ehtiyacı olanlara paylamaq savabı artırar.

Qurbanlığın başqa bir gözəl xüsusiyyəti var. Belə ki, burada dini ayrı-seçkiliyə yol verilmir. Yəni, başqa dinə mənsub olan imkansız insan varlı müsəlmanın imkanlarından bəhrələnib adi günlərdə əli çatmayan qurbanlıq ətindən yeyə bilər bu onun haqqıdır. Qurbanlığın məğzi elə ondan ibarətdir ki, insanlar Tanrıya xoş gələn belə bir əməli icra edirlər.

İmkanlı müsəlmanın qurban kəsib imkansızların ehtiyaclarını qismən olsa, ödəməsi xeyirxahlığın təzahürüdür. Bu əməl Qurban bayramında özünü daha qabarıq şəkildə büruzə verir. Qurban ətinin paylanması insanların bir-birinə kömək etməsinin vacibliyinə dəlalət edir.

Dinimizin təlqin etdiyi ədalət prinsipi Qurban bayramında özünü göstərir. Qurban ətinin paylanması maddi sərvətlərin ədalətli bölüşdürülməsi mənasına gəlir.

Qurban bayramı müsəlman dünyasında əsl təntənəyə çevrilir, insanlara birlik, həmrəylik, şəfqət, xeyirxahlıq duyğuları aşılayır. Müsəlmanlar bir-birinə daha yaxın, daha məhrəm, daha mehriban olurlar.

Əziz bayram Azərbaycanda da böyük təntənə ilə qeyd olunur. Möminlər milli müstəqillik dövlətin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ölməz xatirəsini ehtiramla yad edir, ölkəmizin tərəqqisi əmin-amanlığı, xalqımızın rifahı firavan gələcəyi üçün dua edirlər. Prezident İlham Əliyev bayram münasibətilə xalqa təbrikində qeyd etdiyi kimi: “Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm qardaşlığın, xeyirxahlıq mərhəmət duyğularının parlaq ifadəsinə təcəssümünə çevrilir”.

Uca Tanrı kəsəcəyimiz qurbanları qəbul eləsin! Gələn Qurban bayramını Qarabağda qeyd edək, inşallah!

 

Allahverdi MEHDİYEV,

 

Azərbaycan.- 2015.- 24 sentyabr.- S. 3.