Bratislavada Azərbaycan səfirliyinin ofisi açılıb

 

Sentyabrın 23-də Bratislavada Azərbaycan səfirliyinin ofisinin açılış mərasimi keçirilib.

Mərasimdə Slovakiyanın dövlət hökumət rəsmiləri, o cümlədən bu ölkənin keçmiş Prezidenti Rudolf Şuster, parlament nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Mərasimdə Azərbaycanın Avstriya, Sloveniya Slovakiya respublikalarındakı səfiri Qalib İsrafilov, Slovakiyanın Xarici Avropa İşləri Nazirliyində dövlət katibi İqor Slobodnik Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov çıxış ediblər.

Qeyd edilib ki, Azərbaycan xarici ölkələrdə diplomatik nümayəndəliklərinin coğrafiyasını genişləndirməkdədir. Avropanın mərkəzində yerləşən Slovakiyada diplomatik missiyanın açılması iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın xarici siyasəti üçün əlamətdar hadisədir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu il yanvarın 26-da Slovakiya Respublikasına rəsmi səfəri zamanı bu ölkənin Baş nazirinin müavini, xarici Avropa işləri naziri Miroslav Layçak ilə keçirdiyi görüşdə ölkələrimiz arasında mövcud olan ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsini təşviq etmək məqsədilə Azərbaycanın Slovakiyada daimi diplomatik təmsilçiliyinin təsis edilməsi qərarına gəliblər. Bununla əlaqədar, Azərbaycanın Avstriyadakı səfirliyinin (o cümlədən Slovakiyada akkreditə olunub) paytaxt Bratislavada ofisi işə başlayıb bu məqsədlə müvəqqəti işlər vəkili təyin edilib. Sentyabrın 23-də keçirilən açılış mərasimi ilə ofis rəsmi fəaliyyətə başlayıb.

 

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava

 

Azərbaycan.- 2015.- 24 sentyabr.- S. 3.