Rusiya paytaxtında Böyük Moskva Məscidinın açılışı olub

 

Sentyabrın 23-də, müqəddəs Qurban bayramı ərəfəsində Moskva Böyük Məscidinin yenidənqurma işlərindən sonra təntənəli açılışı olub.

Mərasimin fəxri qonaqları qismində Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas, bir çox ölkələrin hökumət parlament rəhbərləri, səfirləri, Rusiyada təmsil olunan ənənəvi dinlərin nümayəndələri iştirak ediblər.

Azərbaycanı mərasimdə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullah təmsil ediblər.

Mərasimi Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin açaraq deyib ki, Moskva Böyük Məscidinin təntənəli açılışı Rusiyada xalqın ölkə rəhbərliyinin birliyini göstərir, həmçinin müsəlman dünyasında Rusiyanın nüfuzunun artmasına kömək edir. O, məscidin yenidən qurulmasına maddi dəstək verənlərə, o cümlədən sahibkar Süleyman Kərimova təşəkkürünü bildirib.

Fələstin Dövlətinin rəhbəri Mahmud Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında Yaxın Şərqdəki mürəkkəb vəziyyət, Suriyadakı böhran, habelə qaçqınlar problemindən danışıblar.

Rusiya Prezidenti Vladimir Putin müsəlmanları qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. Dövlət başçısı deyib ki, Avropada ən böyük məscidBöyük Moskva Məscidi çoxmillətli Rusiya paytaxtının yaraşığı olacaq. Rusiya dövlətinin başçısı müsəlman mədəniyyət elmi-maarifləndirmə mərkəzlərinin açılmasının vacibliyini diqqətə çatdırıb. Prezident Vladimir Putin deyib: “Əminəm ki, Böyük Məscid Moskva, eləcədə Rusiya müsəlmanları üçün mühüm mənəvi mərkəzə çevriləcək, maarifçilik, humanizm ideyalarının, əsil İslam dəyərlərinin cəmləşdiyi mənbə olacaq”.

Moskva Böyük Məscidinin sahəsi yenidənqurma işlərindən sonra 20 dəfə artırılıb hazırda 19 min kvadratmetrdən çoxdur. Məsciddə eyni vaxtda 10 min müsəlman namaz qıla biləcək. Konfrans salonu, kitabxana, muzey, sərgi qalereyası, mətbuat mərkəzi, mehmanxananın da olduğu məscid həm İslam kompleksinə çevriləcək. Gələcəkdə kompleksdə İslam institutu, mədrəsə, mədəniyyət mərkəzinin tikiləcəyi gözlənilir.

Xatırladaq ki, Moskva Böyük Məscidi 1904-cü ildə Tatarıstan mesenatı Salih Yerzina tərəfindən tikdirilib. Sovet dövründə Moskvada yeganə fəaliyyət göstərən məscid 2011-ci ildə təmirə bağlanıb hazırda ilkin görkəmi bərpa olunub.

 

Fəridə Abdullayeva

AZƏRTC-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2015.- 24 sentyabr.- S. 6.