Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə edilib

 

Sentyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Sonra AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa HəbibbəylininAzərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyasımövzusunda məruzəsi dinlənilib. Alim bildirib ki, Sovet hakimiyyəti illərində Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi zamanı əsasən hakim ideologiyanın insan cəmiyyətinin inkişaf mərhələləri haqqındakı siyasi-tarixi baxışlarına istinad edilib. XX əsr ədəbiyyatşünaslıq elmində Azərbaycan ədəbiyyatının altı mərhələdən ibarət dövrləşdirilməsi müəyyənləşdirilib. Lakin təklif olunan konsepsiyada çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin dövrləri yenidən müəyyənləşdirilib. Burada sivilizasiya amili, ədəbi-tarixi proseslərin reallıqları, Azərbaycanda ədəbi cərəyanlar azərbaycançılıq məfkurəsi kimi prinsiplər nəzərə alınıb.

Məruzədə ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində 10 mərhələ üzrə inkişaf proseslərinin xarakteristikası şərh edilib.

Məruzə ətrafında sonra geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Rəyasət heyətinin qərarı ilə məruzə bəyənilib.

İclasda humanitar ictimai elmlərə dair orta ali məktəb dərsliklərinin hazırlanmasında akademik İsa Həbibbəylinin təklif etdiyi dövrləşdirilmə konsepsiyasından istifadənin nəzərə alınması barədə qərar təsdiqlənib. Həmçinin Ədəbiyyat İnstitutunda nəşrə hazırlananAzərbaycan ədəbiyyatı tarixioncildliyinin yazılmasında yeni konsepsiyaya istinad edilməsi, bundan əlavəAzərbaycan tarixi”, “Azərbaycan incəsənəti tarixi”, “Azərbaycan fəlsəfə tarixi bu qəbildən olan başqa çoxcildliklərin hazırlanmasında vahid konsepsiyanın müəyyənləşdirilməsi barədə qərar qəbul olunub.

Tədbirdə AMEA-nın alimlərinin yubileyləri ilə əlaqədar həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmişAkademik Mikayıl Useynovun 110 illik yubileyinin keçirilməsi haqqındaTədbirlər Planı müzakirədən sonra rəyasət heyətinin qərarı ilə təsdiqlənib. Sənədin icrasından irəli gələn məsələlərin həll edilməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib.

İclasda bir sıra elmi-təşkilati kadr məsələlərinə baxılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 24 sentyabr.- S. 7.