Azərbaycanın Baş naziri Serbiya Baş nazirinin müavini ilə görüşüb

 

Sentyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Azərbaycan ilə Serbiya arasında Ticarət İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasında iştirak etmək üçün Bakıya gəlmiş Komissiyanın həmsədri, Serbiya Baş nazirinin müavini, ticarət, turizm telekommunikasiya naziri Rasim Ljajicin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Serbiya arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində davam edən işgüzar münasibətlərin dərinləşdirilməsi üçün bütün zəruri imkanların mövcudluğunu xatırladan Baş nazir Artur Rasizadə bu baxımdan Ticarət İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinin daha da fəallaşdırılmasının vacibliyini önə çəkib. O, təkcə neft-qaz sahəsində deyil, ümumən iqtisadiyyatın qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, turizm s. istiqamətlərdə müştərək layihələrin səmərəli olacağını nəzərə çatdırıb.

Səmimi görüşə görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən serbiyalı qonaq Bakıda apardığı danışıqlar keçirdiyi görüşlər barədə ətraflı məlumat verib. Azərbaycanın regionda lider mövqeyini Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki mühüm rolunu vurğulayan Hökumətlərarası Komissiyanın həmsədri Rasim Ljajic ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini, serbiyalı adamlarının əlaqələrimizi daha da fəallaşdırmaq arzusunda olduğunu deyib. Qonaq, həmçinin azərbaycanlı adamlarını da öz ölkəsinə sərmayə qoymağa dəvət edib.

Azərbaycanla Serbiyanın yaxın perspektiv üçün iqtisadi əməkdaşlıq imkanlarını nəzərdən keçirən tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar.

 

Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 1.