Prezident İlham Əliyevin sosialyönümlü siyasəti BMT tərəfindən ən yüksək qiymətini aldı

 

Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin edib. Bu gün Azərbaycan bütövlükdə MDB Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bununla yanaşı, respublikamız regional beynəlxalq əhəmiyyətli layihələri daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir.

Dünyada maliyyə iqtisadi böhranın hələ səngimədiyi risklərin artdığı bir vaxtda Azərbaycan bütün makroiqtisadi parametrlər üzrə inkişafı təmin edib. Xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik qorunub. Eyni zamanda, yüksək iqtisadi inkişaf meyilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan verib. Ölkəmizə cari ilin 6 ayında 12,7 milyard manat sərmayə qoyulub ki, bu da çox böyük rəqəmdir. Xarici sərmayələrin üstünlük təşkil etməsi bir daha göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir xarici sərmayə burada lazımi səviyyədə qorunur.

Ötən müddətdə əldə olunmuş əhəmiyyətli sosial-iqtisadi göstəricilər əhalinin rifah halının yaxşılaşdırılmasına, o cümlədən gəlirlərin orta aylıq əməkhaqqının artmasına real şərait yaratmışdır. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılmış kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi təşkilatlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) yaranmış makroiqtisadi vəziyyətə adekvat qiymətləndirilməklə dəstəklənib. Aparıcı reytinq agentlikləri öz növbəsində (“Fitch Ratings” “Standard and Poor`s”) bu qiymətləndirməni bölüşmüş cari ilin birinci yarısında keçirdikləri reytinq dəyərləndirmələri əsasında Azərbaycan Respublikasının uzunmüddətli yerli xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiqləmişdir.

İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Qeyri-neft sektorunun sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə ölkənin məşğulluq strategiyasının səmərəliyinə imkan verir. Qeyri-neft sektorunun davamlı dinamik inkişafı ölkədə işsizlik probleminin həllinə gətirib çıxarıb. Cari ilin birinci yarısında ölkəmizdə 60 minə yaxın yeni yeri açılıb ki, onlardan 48 mini daimi yeridir. Son 12 il ərzində isə 1 milyon 400 min yeri açılıb ki, onlardan 1 milyonu daimidir. Azərbaycanda işsizlik ötən ilin yekunlarına görə, 5 faiz səviyyəsində olub. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirirlər.

Ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Gənc ailələrin mənzillə təmini üçün ipoteka sisteminin yaradılması, eləcə dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq qaldırılması da bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır. Sosialyönümlü dövlətin əsasını insan ləyaqəti, ədalət, məsuliyyət, fərdin maddi statusunun kəskin fərqliliyini aradan qaldırmaq məqsədləri təşkil edir. Bu, ictimai həyatı humanistləşdirməyin, cəmiyyətdə qarşıdurmanın azalması, vətəndaş həmrəyliyinin formalaşması, bütün sosial qrup fərdlərin maraqlarının ödənməsinin labüd yoludur. Qərbin sosial məsələlərə geniş yer verən bir sıra ölkələrinin inkişaf təcrübəsi bazar münasibətlərinin azadlığı dövlətin iqtisadiyyata təsiri arasındakı balansın qədər çətinliklə əldə olunduğunu göstərir. Yüksək sosial xərclərin təmin olunması bəzən vergilərin qalxmasına gətirib çıxarır ki, bu da istehsal sahələri üçün maneə yaradır. Hökumət belə hallarda sosial proqramları müvəqqəti azaltmağa məcbur olur. Yəni, ən inkişaf etmiş dövlətlərin təcrübəsində sosial-iqtisadi mədəni hüquqların təmini ilə bağlı böyük çətinliklər yaranır. Azərbaycanın milli inkişaf modeli isə elə uzaqgörənliklə düşünülmüşdür ki, dövlətin sosialyönümlü siyasəti azad bazar iqtisadiyyatının tələbləri ilə kəskin ziddiyyətlər doğurmur. Sosial infrastrukturlar yaradılır, məktəblər, xəstəxanalar tikilir. Hazırda təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur yeniləri tikilir.

Prezident İlham Əliyevin ulu öndərin təkmil siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi praqmatik, müasir lider imicinə malik olması, müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda bölgədə bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirməsi onun həm daxildə, həm ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək almasına zəmin yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il üzrə beynəlxalqCənub-Cənubmükafatı ilə təltif olunub. Sentyabrın 26-da Nyu Yorkda mükafatın təqdim olunma mərasimi keçirilib. Mərasimdə bildirilib ki, Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın yoxsulluğun minimuma endirilməsi Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görəCənub-Cənubmükafatı ilə təltif olunub.

Mükafatı Prezident İlham Əliyevin adından xarici işlər naziri Elmar Məmmədyarov qəbul edib.Cənub-Cənubmükafatı BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilat BMT- üzv bir sıra dövlətlər, agentliklər fondlar tərəfindən təsis edilib. Bu mükafat BMT-nin hesabatlarına əsasən, kənd təsərrüfatı ərzaq təhlükəsizliyinə, Minilliyin İnkişaf Məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.

Xatırladaq ki, bir müddət əvvəl Filippində nəşr olunan Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malikBizNewsAsiajurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyeviİlin adamıelan etmişdi. Həmçinin Prezident İlham Əliyev Türkiyənin nüfuzluEkovitrinjurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə, türk dövlətləri, Orta Asiya Cənubi Qafqazda “10 ilin dövlət adamıseçilmişdi. Dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı 10 minə yaxın tələbə arasında online keçirilən sorğuya əsasən, Prezident İlham Əliyevin İƏT coğrafiyasındaİlin dövlət başçısıseçilməsi Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlara verilən yüksək qiymətdir.

RəyMonitorinq Mərkəzinin cari ilin iyulun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri bu baxımdan diqqəti cəlb edir. Cavablardan görünürdü ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 89,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi. Bütün bunlar göstərir ki, ölkə həyatının bütün sahələrində əldə edilən uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında dəyərləndirilir respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.

Prezident İlham Əliyevin 2015-ci il üzrə beynəlxalqCənub-Cənubmükafatı ilə təltif olunması da dövlət başçısına beynəlxalq səviyyədə verilən yüksək qiymətin, habelə ölkəmizin dünyadakı nüfuzunun durmadan artmasının təsdiqidir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 2.