Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib

 

Sentyabrın 28-də Bakıda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

Azərbaycan tərəfindən iqtisadiyyat sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir. Serbiya tərəfi isə iclasda Baş nazirin müavini, ticarət, turizm telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

İclasda çıxış edən Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edib, ölkə başçılarının qarşılıqlı səfərlərinin görüşlərinin bu əlaqələrin müxtəlif istiqamətlər üzrə genişlənməsinə əhəmiyyətli töhfə verdiyini bildirib, Azərbaycan Serbiya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulayıb. Ölkələrimizin bir-birinin ərazi bütövlüyü sərhədlərinin toxunalmazlığına verdiyi dəstəyi qeyd edən Şahin Mustafayev Hökumətlərarası Komissiyanın cari iclasının nəticələrinə dair Protokolda Azərbaycanın işğal olunmuş ərazisində hər hansı iqtisadi fəaliyyətin yolverilməzliyinin bu ərazilərdə istehsal olunan məhsul xidmətlərin Serbiya ərazisinə idxal-ixracına satışına icazə verilməyəcəyinin əks olunduğunu bildirib. Azərbaycan Serbiya arasında müvafiq hüquq-müqavilə bazasının yaradıldığını iqtisadi sahədə bir çox sənədlərin imzalandığını qeyd edən Şahin Mustafayev kənd təsərrüfatı, nəqliyyat, səhiyyə sahələrində saziş layihələrinin hazırda müzakirə edildiyini, hava əlaqəsi haqqında saziş layihəsinin artıq razılaşdırıldığını bildirib. Ölkələrimiz arasında ticarət əlaqələrinin 2015-ci ildə artdığını bildirən nazir bu istiqamətdə potensialın çox böyük olduğunu bu gün Serbiya Azərbaycan şirkətlərinin iştirakı ilə keçirilən işgüzar görüşün ticarət dövriyyəsinin artmasına, investisiya əməkdaşlığının genişlənməsinə töhfə verəcəyini qeyd edib. Enerji sahəsində əməkdaşlığa toxunan Şahin Mustafayev Serbiya tərəfininCənubqaz dəhlizi vasitəsilə öz təbii qaz təchizatının diversifikasiyasında maraqlı olduğunu bildirib müvafiq qurumlar arasında bu istiqamətdə müzakirələr aparılacağını, həmçinin alternativ enerji sahəsində əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb. Şahin Mustafayev İKT, səhiyyə, turizm, təhsil, kənd təsərrüfatı, gənclər idman sahəsində mövcud layihələrə gələcək əməkdaşlıq perspektivlərinə toxunub. Azərbaycan hökumətinin kredit vəsaitləri hesabına Serbiyada böyük uğurla həyata keçirilən nəqliyyat infrastrukturu layihəsini qeyd edib Serbiyada özəlləşdirməyə çıxarılmış müəssisələrə Azərbaycan şirkətləri tərəfindən maraq göstərildiyini hazırda müvafiq araşdırmaların aparıldığını bildirib.

Humanitar sahədə əməkdaşlığa gəldikdə isə Şahin Mustafayev qeyd edib ki, Azərbaycan hökuməti Heydər Əliyev Fondu tərəfindən Serbiyanın Belqrad, Novi Sad Novi Pazar şəhərlərində təmir-tikinti işləri görülüb (“Taşmaydan parkı”, “Bayraqlı camiməscidi, Üzeyir Hacıbəyli memorialı, mədəniyyət parkı sairə), sel fəlakətindən əziyyət çəkənlərə humanitar yardım göstərilib. Belqradın küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adı verilib.

Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm telekommunikasiya naziri, Hökumətlərarası Komissiyanın həmsədri Rasim Lyayiç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyərək Kosovo məsələsində Azərbaycanın mövqeyinə görə təşəkkür edib. Azərbaycan şirkətinin Serbiyada infrastruktur sahəsində uğurlu fəaliyyətini qeyd edən R.Lyayiç ölkəmizin digər şirkətlərini Serbiyada həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib. Serbiyalı nazir energetika, kənd təsərrüfatı, infrastruktur, İKT, turizm sahələrində əməkdaşlıq imkanlarını da vurğulayıb.

İclasda komissiya üzvləri müzakirə olunan məsələlərə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

Sonda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat sənaye naziri Şahin Mustafayev Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm telekommunikasiya naziri Rasim Lyayiç imzalayıb. Sənəddə ticarət, investisiya, maliyyə, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, İKT, səhiyyə, gənclər, idman digər sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

 

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 3.