Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin işğalına son qoyulması davamlı inkişaf gündəliyinin regionumuzda icrası üçün başlıca şərtdir

 

Azərbaycan ərazilərinin işğalına son qoyulması məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasının təmin edilməsi davamlı inkişaf gündəliyinin regionumuzda icrası üçün başlıca ilkin şərtdir.

Bu fikri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyinin qəbul edilməsi üzrə zirvə toplantısında çıxış edərkən deyib.

BMT-nin 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyi üzrə danışıqların uğurlu nəticəsini yüksək qiymətləndirən Elmar Məmmədyarov sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən olan Azərbaycanın son illərdə əldə etdiyi mühüm uğurlardan danışıb. Bildirib ki, qlobal iqtisadi maliyyə böhranlarına baxmayaraq, 2015-ci ilin birinci yarısında Azərbaycanda 5,7 faizlik iqtisadi artım qeydə alınıb, qeyri-neft sektorunda artım 9,2 faiz olub. Azərbaycan, Türkiyə, Yunanıstan, Albaniya İtaliyanın enerji kəmərləri şəbəkəsini birləşdirəcək Trans-Anadolu Trans-Adriatik təbii qaz kəmərləri Cənubqaz dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi enerji infrastrukturu layihələri ilə ölkəmiz qlobal bazarın ən mühüm oyunçularından biri olmağı bacarıb. Həmçinin Azərbaycan, Gürcüstan Türkiyənin dəmir yolları sistemlərini əlaqələndirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi qədimİpək Yolu”nu dirçəltməklə Şərq ilə Qərb arasında qısa səmərəli əlaqəyə imkan verəcək yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi strateji infrastruktur layihələrinin təşəbbüskarı olub.

Azərbaycanda vətəndaşlara ədalətli səmərəli xidmətlər göstərilməsi məqsədilə Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis olunduğunu qeyd edən nazir bildirib ki, bu qurum sammit tərəfindən qəbul edilmiş yeni davamlı inkişaf gündəliyinin məqsədlərinin əksəriyyətini artıq əhatə edir. Bu mütərəqqi modelin uğuru geniş tanınır BMT-nin 2015-ci il İctimai Xidmətlər Mükafatı ilə təltif olunub.

Nazir bildirib ki, beynəlxalq inkişafa töhfə vermək niyyətinə sadiqliyimizə cəmiyyətimiz geniş şəkildə şərik çıxır. Azərbaycanda aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu bir sıra ölkələrdə çoxlu sayda sosial, humanitar inkişaf layihələri həyata keçirib.

Elmar Məmmədyarov qeyd edib ki, biz mədəniyyətlərarası dialoqun, tolerantlığın insanlar arasında anlaşmanın təşviqinə böyük əhəmiyyət veririk. Azərbaycan 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna ev sahibliyi etməyi planlaşdırır. Fəxr edirik ki, birinci Avropa Oyunları bu il Azərbaycanda keçirilib. Azərbaycan 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.

Sülhə təhlükəsizliyə qarşı çağırışların inkişafa əməkdaşlığa maneələrdən biri olduğunu olmaqda davam etdiyini təəssüflə vurğulayan xarici işlər naziri bildirib ki, beynəlxalq hüquq BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən davam edən hərbi işğalı beynəlxalq sülhə təhlükəsizliyə ciddi təhdid yaratmaqda davam edir. Ermənistan fundamental insan hüquqlarının kobudcasına pozulması yolu ilə işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın öz ərazisində bir milyon azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Nəticədə onlar qaçqın məcburi köçkünə çevriliblər. Azərbaycan ərazilərinin işğalına son qoyulması məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasının təmin edilməsi davamlı inkişaf gündəliyinin regionumuzda icrası üçün başlıca ilkin şərtdir.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu York

 

Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 4.