Bakıda Çinin milli bayramı qeyd edilib

 

Sentyabrın 28-də Çinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Çin Xalq Respublikasının yaradılmasının 66-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Xun Tsyuin çıxış edərək Çinin inkişaf yolundan danışıb, ölkədə iqtisadi mədəni sahələrdə böyük tərəqqiyə nail olduğunu söyləyib.

Səfir deyib ki, Çin Azərbaycan sadiq dost etibarlı tərəfdaşlardır. Diplomatik münasibətlər qurulduğu gündən ölkələrimiz arasında dostluq əlaqələri qarşılıqlı inam hörmət əsasında inkişaf edir. Çin Azərbaycanın ənənəvi dostluq səmərəli əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir.

Diplomat əmin olduğunu bildirib ki, birgə səylər nəticəsində ikitərəfli münasibətlər xalqlarımızın mənafeyinə maraqlarına uyğun olaraq bundan sonra daha da inkişaf edəcək.

Rəsmi qəbulda çıxış edən gənclər idman naziri Azad Rəhimov Azərbaycan Hökuməti adından mərasim iştirakçılarını təbrik edib, Çin xalqına uğurlar firavanlıq arzulayıb.

Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyən nazir ikitərəfli əməkdaşlığın bir çox sahələrdə sürətlə inkişaf etdiyini deyib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, imzalanan çoxsaylı sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb.

Azərbaycanın Çinin beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiyini qeyd edən nazir rəsmi Pekinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma prinsipləri çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığını bildirib.

Qəbulda dövlət hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 5.