Azərbaycan səfirliyinin operativ müdaxiləsi nəticəsində Pekində erməni təxribatının qarşısı alınıb

 

Ermənilərin mədəniyyət incəsənətin təbliği adı altında özlərinin işğalçılıq qəsbkarlıq əməllərinə haqq qazandırmaq istiqamətində fəaliyyətləri hamıya məlumdur. Onlar bu vasitə ilə Azərbaycan ərazilərinin işğal faktını gizlətməyə, tarixi faktları saxtalaşdırmağa beləliklə, dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Növbəti bu cür addım Çin Milli İncəsənət Muzeyində təşkil olunan 6-cı Pekin İncəsənət Sərgisində planlaşdırılmışdı.

Azərbaycanın Çindəki səfirliyi ermənilərin həmin sərgi çərçivəsində qondarmaerməni soyqırımımövzusunda əsərlər nümayiş etdirmək istəkləri barədə əvvəlcədən məlumat əldə edə bilib. Səfirlik Çin tərəfi ilə bununla bağlı danışıqlar apararaq, məsələlər barədə ətraflı izahat işi həyata keçirib. Nəticədə Çin tərəfi sərgi çərçivəsində qondarmaerməni soyqırımımövzusunda əsərlərin nümayiş olunmasını məqsədəmüvafiq hesab etməyib həmin işlərin sərgidə nümayişinə icazə verilməyib.

Qondarmasoyqırımıməsələsinin təbliği barədə planları baş tutmayan ermənilər sərgi çərçivəsində yenə öz çirkin əməllərini başqa istiqamətdə davam etdirməyə çalışıblar. Belə ki, onlar sərginin ermənilərə aid pavilyonunda Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə dair rəsm əsərlərinin, o cümlədən müharibə zorakılığı təbliğ edən əsərlərin nümayişinə cəhd ediblər. Lakin Azərbaycanın Çindəki səfirliyinin diplomatlarının sayıqlığı peşəkar fəaliyyəti nəticəsində ermənilərin bu planları da iflasa uğrayıb. Səfirliyin dörd əməkdaşı sərginin ilk günü erməni pavilyonuna baş çəkərək, “soyqırımıekspozisiyasının Dağlıq Qarabağ müharibəsi ekspozisiyası ilə əvəz olunduğunun şahidi olublar. Diplomatlar elə oradaca, gözləmədən ziyarətçilərə əsərlərdə əks olunan ərazilərin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə aid olduğunu bildiriblər. Bununla kifayətlənməyən diplomatlarımız sərginin təşkilatçılarını pavilyona dəvət edərək, ermənilərin mədəniyyət adı altında qəsbkar işğalçı fəaliyyətlətlərinə haqq qazandırmaq çinli vətəndaşları aldatmaq istəklərini diqqətə çatdırıb, münaqişə barədə ətraflı izahat verib, həmin rəsmlərin nümayişinin incəsənət sərgisinin ruhuna zidd olduğunu bildiriblər.

Araşdırma aparıldıqdan sonra Azərbaycan tərəfinin iradlarını haqlı qəbul edən təşkilatçılar sərginin ilk günüsentyabrın 24-də erməni pavilyonunu ziyarət üçün tamamilə bağlı elan ediblər. Növbəti günlərdə isə Qarabağa aid tablo yazılar pavilyondan yığışdırılıb. Bundan başqa, Azərbaycan diplomatlarının təkidi ilə erməni rəssamın öz əsərləri barədə təbliğat xarakterli çıxışına da zərurət görülməyib.

Qeyd etmək lazımdır ki, ermənilərə məxsus kütləvi informasiya vasitələrində, habelə sosial şəbəbkələrdə guya Azərbaycan diplomatlarının erməni pavilyonuna hücum çəkməsi, dava salması əsərləri məhv etməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq öz məkrli planlarının baş tutmamasından pərt olan ermənilərin Azərbaycan diplomatlarının peşəkar fəaliyyətinə kölgə salmaq istəyindən başqa bir şey deyil.

Bir məqamı da qeyd etmək lazımdır ki, yayılan məlumatlara əsasən, Pekində səfərdə olan Ermənistanın baş naziri Ovik Abramyan erməni pavilyonuna baş çəkməli imiş. Görünür çirkin niyyətlərinin baş tutmaması Ermənistan baş nazirini pavilyonu ziyarət etməyi təxirə salmağa məcbur edib.

Azərbaycan diplomatlarının nümayiş etdirdiyi sayıqlıq, güzəştə getməmək peşəkarlıq müsbət nəticənin əldə olunmasına imkan verib.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 5.