Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

 

Sentyabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin media ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Azərbaycan Respublikası Seçki Məcəlləsinin "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərini əsas götürən Komissiya vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə daxil olan müraciətlərə qanunla müəyyən olunmuş qaydada müddətdə operativ şəkildə baxaraq müvafiq qərarlar qəbul edib.

Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə baxılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 7.