Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

 

Sentyabrın 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il 23 sentyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra Mərkəzi Seçki Komissiyasının qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

İclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq qərarlar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə baxılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 8.