Bakıda Şahdağ Turizm İnformasiya Mərkəzinin açılışı olub

 

Sentyabrın 28-də Bakıda Şahdağ Turizm İnformasiya Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, mədəniyyət turizm naziri Əbülfəz Qarayev mərkəzdə yaradılan şəraitlə tanış olub.

Nazir jurnalistlərə bildirib ki, mərkəzinin yaradılması bir növ turistlərin əvvəlcədən Şahdağ turizmi haqqında müvafiq məlumatlar almalarına zəmin yaradacaq.

Ə.Qarayev, mərkəzin açılışını Prezident İlham Əliyevin Mədəniyyət Turizm Nazirliyinin tabeliyində "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaradılması haqqında müvafiq Sərəncamına uyğun olaraq nazirlik tərəfindən atılan ilk addım kimi dəyərləndirib.

Diqqətə çatdırılıb ki, QSC-nin nizamnaməsi hazırlanır mərkəzdə hərtərəfli turizmin inkişafı üçün mükəmməl xidmətlərin göstərilməsi istiqamətində müvafiq işlər görülür.

Mədəniyyət turizm naziri mərkəzin marketinq planının yaxın vaxtlarda işlənib hazırlanacağını da qeyd edib. "Əsas məqsədimiz turistlərin potensial rahatlığını təşkil etmək, ölkəmizə gələn xarici qonaqların Şahdağın turizm imkanlarından istifadə edə bilmələrinə şərait yaratmaqdır", - deyə nazir bildirib.

Yeni açılmış Şahdağ Turizm İnformasiya Mərkəzində marketinq, müştərilərlə yerli xarici qonaqları məlumatlandırmaq üçün informasiya şöbələri fəaliyyət göstərəcək.

Açılışda, həmçinin Şahdağ Turizm İnformasiya Mərkəzinin veb-saytının da (www.shahdag.az) təqdimatı olub.

Bildirilib ki, sayt vasitəsilə turistlər mərkəz haqqında geniş məlumat almaqla yanaşı, əvvəlcədən ödənişlərin həyata keçirilməsi, burada yaradılan bütün xidmətlərdən yararlanmaq üçün müxtəlif sifarişlərin verilməsi s. kimi imkanlar əldə edə biləcəklər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.-29 sentyabr.- S. 9.