Gəncədə ikinci beynəlxalq onkoloji elmi konfrans

 

Sentyabrın 27-də Gəncədə ikinci beynəlxalq onkoloji elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, dünyanın tanınmış onkoloqlarının qatıldıqları konfransın iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

“Ramada Plaza” otelində keçirilən elmi konfransı giriş sözü ilə açan respublikanın baş onkoloqu Azad Kərimli alimlər, tədqiqatçılar həkimlər arasında əməkdaşlıq əlaqələrinin qurulması, səhiyyə sahəsində ən son nailiyyətlər ətrafında fikir mübadiləsinin aparılması, eləcə qazanılan uğurların geniş təbliği baxımından tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.

Elmi konfransda Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz ƏliyevinXərçəng xəstəliyi müalicəsinin gələcəyimövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Professor bu xəstəliklə mübarizənin Azərbaycanda müasir standartlar səviyyəsində aparıldığını diqqətə çatdırıb. Azərbaycan Prezidentinin diqqət qayğısı sayəsində inşa olunan ən müasir tibbi avadanlıqla təchiz olunan Milli Onkologiya Mərkəzində həyata keçirdiyi unikal əməliyyatlardan danışan Əziz Əliyev həmin əməliyyatların videogörüntülərini konfrans iştirakçılarına təqdim edib.

Sonra Milli Onkologiya Mərkəzinin əməkdaşları, şüa terapiyası şöbəsinin müdiri, professor İsa İsayev, mərkəzin radionuklid diaqnostikası şöbəsinin müdiri Fuad Əliyev, uroonkologiya şöbəsinin müdiri Fuad Quliyev, abdominal onkologiya şöbəsinin müdiri Niyazi Əsgərov, Fransa Rekonstruktiv Cərrahiyyə Klinikasının professoru Axel Feller Heithman, Böyük Britaniyanın Bekingem Universitetinin tibb fakültəsinin dekanı, professor Karol Sikora başqaları xərçəng xəstəliyini törədən səbəblər ona qarşı aparılması vacib olan müalicə əməliyyatlarla bağlı çıxışlar ediblər.

Beynəlxalq konfransda Azərbaycanın Avropanın elm, səhiyyə tibb sahəsində ən son nailiyyətlərini əhatə edən, həmçinin diaqnostika məsələlərinə, xüsusilə süd vəzi xərçənginin müalicəsinə irekonstruktiv cərrahiyyəsinə, uşaq onkologiyasına, baş boyun xərcəngi xəstəliklərinə, uroonkoloji, onkoginekoloji, kolorektal xərçənginə qarşı aparılan müasir müalicə üsulları ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 9.